Əli Kərimliyə qarşı nifrət artır: bu dəfə Tural Abbaslıdan! MÜXALİFƏT

Əli Kərimliyə qarşı nifrət artır: bu dəfə Tural Abbaslıdan! MÜXALİFƏT

AXCP ilə yanaşı, Müsavat da hədəfə alınıb

Bir müddət əvvəl ölkəmizdə fəaliyyət göstərən siyasi partiya sədrlərinin, eləcə də QHT və ictimai birlik sədrlərinin Ağdam səfərlərindən sonra insanları maraqlandıran bir sual daha çox diqqət şəkdi – bu səfərdə AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı niyə iştirak etmədilər? Artıq bu mövzu ilə bağlı bir sıra müxalifət partiya rəhbərləri öz fikirlərini açıqlayıblar.

MMP: "Əgər onun ayağı o torpaqlara dəyərsə, həmin torpaqlar murdarlanar"

Misal üçün, Müasir Müsavat Partiyasının (MMP) sədri bildirib ki, onlar, yəni Əli Kərimli və Arif Hacılı ermənilərdən heç də geri qalmırlar. SİTAT: "Hətta belə deyərdim ki, AXCP və Müsavat faşist partiyaları kimi bir şeydirlər. Kərimov Əli kimi bir cındırın orada olmasındansa olmaması daha yaxşı idi. Əgər onun ayağı o torpaqlara dəyərsə, həmin torpaqlar murdarlanar. Müsavat partiyasının başında qeyri-etik bir Arif Hacıyev dayanır. Onun bu günə qədər etdikləri də yalnız düşmən hərəkətləridir. Ümumiyyətlə, onlar hər zaman eyni fikirdə olublar. Qoy xalq da görsün ki, Azərbaycanın dar günündə kimlər dövlətçiliyinin yanında olub, kimlər isə dövlətin siyasətinə qarşı çıxmaqla ermənilərə xas olan xislətlərini gizlətməyiblər."

ASDP: "Qələbə onların boğazlarında qılçıq kimi ilişib-qalıb"

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə, öz növbəsində, bildirib ki, bir halda onlar vaxtilə Qarabağ torpaqlarını satıblarsa, indi onların bu torpaqlara gəlmək istəməmələri bu adamların aşkar düşüncələrinin təsdiqidir.

"Hazırda ermənilər işğal etdikləri əraziləri sarsıdıcı məğlubiyyətə uğrayaraq necə təhvil verməyə məcbur qalıblarsa, Əli Kərimli, Arif Hacılı kimiləri də onlar qədər pəjmürdə olublar. Bu qələbə onların boğazlarında qılçıq kimi ilişib-qalıb", deyə müxalifətçi partiya sədri vurğulayıb.

REAL: "İndi isə o eşşək daha da öldü"

REAL partiyasının sədri İlqar Məmmədov da məsələ ilə bağlı sosial şəbəkədə çıxış edərək bilavasitə AXCP sədri Əli Kərimliyə yönəlmiş ittihamını səsləndirib.

İlqar Məmmədov Azərbaycanda boykotun "eşşəyi" ölməsə də, artıq yarımcandır. İndi isə o eşşək daha da öldü" ifadəsində çox ehtimal ki, AXCP sədri Əli Kərimlini nəzərində tutub. Belə ki, Azərbaycanda seçkiləri və eləcə də iqtidarın təşəbbüsü ilə irəli sürülən bir sıra ümummilli maraqları ən çox boykot edən məhz AXCP sədri, eləcə də əlinin altında yedək kimi saxladığı ölü qurum – "Milli Şura"dır.

Ağ partiya: "Get, Avropada cinsi azlıqların hüquqlarını müdafiə konfransında çıxış et"

Lakin daha bir müxalifətçi partiya rəhbəri – Ağ partiyanın sədri Tural Abbaslı da partiya liderlərinin Ağdam səfərində iştirakına görə AXCP və "Milli Şura" trolları tərəfindən linç edilmişdi. Bu baxımdan, o da müsahibəsində onlara cavab verib və xüsusilə bir məqam xüsusi diqqət cəlb edib. Sual olunur ki, görəsən, "Get, Avropada cinsi azlıqların hüquqlarını müdafiə konfransında çıxış et" dedikdə, Tural Abbaslı kimi nəzərdə tutub? Söz yox ki, bu sualın birbaşa AXCP-yə və onun sədrinə yönəlməsi kimsədə şübhə doğurmur. Çünki ona ittiham edənlər də məhz Əli Kərimlinin trolları olublar.

Beləliklə, fakt budur ki, artıq ölkədə fəaliyyət göstərən bir sıra müxalifət partiyaları və onların rəhbərlikləri satqın və qeyri-milli manefələri uğrunda fəaliyyət göstərən cinahları hədəfə alıblar. Hətta belə demək olar ki, bu gün ölkənin siyasi arenasında AXCP və Müsavat, yaxud "Milli Şura" kimi lax qurumlar ciddiyə alınmır, əksinə siyasi səhnədən silinirlər. Faktlar göz önünüdədir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə