Gürcüstanda siyasi ab-hava yenidən gərginləşib. SİA-nın məlumatına görə, paytaxt Tiflisdə minlərlə insan prezident Mixail Saakaşvilinin istefasını tələb edən nümayişlər təşkil ediblər. Saakaşvilinin köhnə müttəfiqi və köhnə parlament rəhbəri Nino Burjanadzenin liderliyi ilə 10 min adamın iştirak etdiyi nümayiş Azadlıq meydanındakı mitinqlə sona çatıb. Burjanadze mitinqdə verdiyi açıqlamada sonuna qədər döyüşəcəklərini, geri addım atmayacaqlarını bildirib.
Batumidə də nümayişçilərin televiziya binasına girməyə çalışdıqları və bu zaman daşlarla pəncərələri sındırdıqları barədə xəbərlər gəlir.
Qeyd edək ki, Saakaşvilinin vəzifə müddəti 2013-cü ildə başa çatacaq. Müxalifət isə Saakaşvili rəhbərliyini demokratik islahatların qarşısını almaqda günahlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB