Rusiyanın bu həmlələri regionda nəyə hesablanıb? - ŞƏRH ÖZƏL

Rusiyanın bu həmlələri regionda nəyə hesablanıb? - ŞƏRH ÖZƏL

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu növbəti dəfə Ermənistan müdafiə naziri Vaqarşaq Arutunyanla telefonla danışıb. Demək olar ki, hər həftə Şoyqu erməni həmkarına zəng edir və Ermənistan ordusunun yenidən qurulması istiqamətində danışıqlar aparır. Növbəti telefon danışığında Qarabağ məsələsi müzakirə olunub. Rusiya çalışır ki, Ermənistanı Qarabağdan kənar tutmasın və bu yolla problemi gündəmdə saxlasın. Ermənistanın Qarabağda yaşayan ermənilərin separatçı fəaliyyətini dəstəkləyəcəksə, bu iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmayacaq. Bunu Moskvada yaxşı bilir və məhz bu istiqamətdə çalışır. Məhz Kremlin əsas planı budur ki, separtizm gündəmdə qalsın və silahlı erməni birləşmələri ərazilərdən çıxarılmasın”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, bir həftə ərzində Rusiya və Ermənistan Qarabağdakı ermənilərlə bağlı Azərbaycana və üçtərəfli Bəyannaməyə qarşı üç provakasiya həyata keçirib: “Birinci, Rusiya müdafiə naziri erməni həmkarı ilə Qarabağı müzakirə etməsi və buradakı silahlı erməni birləşmələrinin təminatı və Qarabağın təhlükəsizliyini qabartması. İkinci, Qarabağda separatçıların rus dilini "rəsmi dil" elan etməsi. Üçüncü, Qarabağda ermənilərin infrastrukturun qurulması və sosial təminatı üçün Rusiyanın Ermənistana fond adı ilə pul ayırıb, Qarabağa yönləndirilməsi. Hər üç provakasiya birbaşa Azərbaycana qarşı separatçıların fəaliyyətini stimullaşdırır. Belə olan təqdirdə üç tərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan köçkünlərinin Xankəndiyə qayıdışı sual doğurur. Kommunikasiyaların açıqlamasında əlavə, bir neçə bənd yerinə yetirilməmiş qalır”.

M.Əsədullazadə vurğulayıb ki, Rusiya Türkiyə ilə regional müstəvidə problemləri artarsa, yaxın perspektivdə Qarabağdakı separtçıları silahlı dəstələri vasitəsilə provakasiya cəlb edə bilər: “Bu təhlükə var və bunun üçün Rusiya öz mövqeyini gücləndirməyə çalışır. Azərbaycan Türkiyə ilə birgə 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edilməsini konkret tələb etməlidir. Rusiya Ermənistanda hakimiyyəti dəyişə bilsə, situasiya mürəkkəbləşəcək. Bunu Paşinyan da yaxşı bilir ki, Ermənistan yenidən Rusiya üçün pladsarm rolu artmaqdadır. Amma Paşinyan buna imkan verməyəcək. NATO-nun Gürcüstanda güclənməsi, Türkiyənin regionda siyasi-hərbi mövqeyinin artması, Rusiyanın Ermənistanda hakimiyyət çevriliş edib, regionda deastiblizasiya yaratmağı labüd edir. Ona görə də Azərbaycan və Türkiyə hərbi müttəfiq müqaviləsi bağlamalı, kommunikasiyaların açılmasını Ermənistandan tələb etməlidir. Bu, Paşinyanın hakimiyyətdə qalmasına zəmanət verir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə