Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi diqqət çəkən maraqlı bir görüş baş tutub. SİA-nın məlumatına görə, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, dünən ölkənin ilk prezidenti Levon Ter-Petrosyan, eks-prezidentlər Robert Koçaryanla Serj Sarkisyan, həmçinin qondarma respublikanın rəhbərləri olmuş Arkadi Qukasyan və Bako Saakyan bir araya gəliblər.
"Dünən, martın 25-i tarixində Ermənistanın və Qarabağın keçmiş "prezidentləri" olmuş şəxslər - Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sərkisyan, Arkadi Qukasyan və Bako görüş keçiriblər. Müharibədən sonrakı dövrdə Qarabağdakı vəziyyətlə əlaqədar bir sıra məsələlər və gələcək addımlar müzakirə edilib", - deyə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB