“İrəli İtaliya” partiyasının lideri, keçmiş baş nazir Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirib.
SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Federiko Çekkoni, çərşənbə axşamı məlumat verib.
"Berluskoninin sağlamlığında problemlər olduğundan bazar ertəsi xəstəxanaya yerləşdirilib"- deyə, vəkili Federiko Çekkoni bildirib.
Xatırladaq ki, İtaliyanın siyasət patriarxı yalan ifadə verməkdə və rüşvət almaqda günahlandırılır və barəsində “Rubi işi” adı altında Milanda məhkəmə iclası keçirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB