Erməni nəşri "Vətənin Qurtuluşu Hərəkatı" liderlərinin son müzakirəsinin bəzi təfərrüatları barədə məlumat verilib və qeyd olunur ki, Ermənistanın ikinci prezidenti ilə "Daşnaksütyun" seçki ərəfəsində blok yarada bilər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır və "Koçaryan" blokunun yaradılması ssenarisinin müzakirə olunduğunu vurğulayır.
Diqqətə çatdırılır ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan, "Daşnaksütyun" partiyası ilə ittifaqa girə, beləliklə də erkən parlament seçkilərinə gedə bilər.
Nəşr qeyd edir ki, ötən gün "Vətənin Qurtuluşu Hərəkatından bəzi partiyaların liderlərinin görüşü baş tutub. Görüşdə, Koçaryan, üçüncü prezident Serj Sarqsyan, Vazgen Manukyan, "Çiçəklənən Ermənistan"ın lideri Qaqik Sarukyan, hərəkatın koordinatoru İşxan Saqatelyan və "Rodina" partiyasının rəhbəri Artur Vanesyan iştirak ediblər.
Qəzetin yazdığına görə, iclasda 20 iyun tarixində mövcud hakimiyyət orqanları tərəfindən keçiriləcək erkən seçkilərdə iştirak məsələsi müzakirə edilib.
Xatırladaq ki, hərəkatın istənilən nəticəni əldə edə bilməməsi, bütün potensialını və bütün mənbələrini istifadə edə bilməməsi və indi səlahiyyətlilərin qaydaları ilə oynamağa məcbur olduqlarından Manukyan narazı qalıb. Manukyan buna baxmayaraq seçkilərə qatılmayacağını və küçələrdə mübarizəyə davam edəcəyini söyləyib. Baş nazirliyə müxalifət namizədi də hərəkatdan bəzi qüvvələrin səlahiyyətlilərlə "ayrı" danışıqlara getdiklərinə eyham vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB