Ruslar erməni ordusunu modernləşdirəcək? MÜZAKİRƏ

Ruslar erməni ordusunu modernləşdirəcək? MÜZAKİRƏ

Rusiyanın Baş qərargah rəisi və Ermənistanın müdafiə naziri erməni ordusunda islahatların aparılması ilə bağlı müzakirə aparıblar. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, müzakirələrdə əsasən Rusiya-Ermənistan birləşmiş hərbi qruplaşmalarının birgə fəaliyyəti, eləcə də Sünikin (Zəngəzurun) təhlükəsizliyi barədə danışılıb.

Müzakirələrdə erməni ordusunun modernləşdirilməsi barədə də danışılıb. Valeri Gerasimov və Vaqarşak Arutunyan Rusiya nümayəndə heyətinin geniş tərkibdə Ermənistana səfərləri barədə də razılığa gəliblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə