Erməni bloger Qarabağ separatçılarını nifaq salmaqda suçladı İTTİHAM
Erməni sosial şəbəkə fəalı və blogeri Armen Baqdasaryan Qarabağda fəaliyyət göstərən qondarma və quldur rejim rəhbərliyini, eləcə də onlara dəstək göstərən erməni siyasətçilərini yalan danışmaqda, həyasızlıqda və xalqlar arasında düşmənçilik toxumu səpməkdə ittiham edib. SİA xəbər verir ki, Baqdasaryan öz statusunda əsasən yazıb: "Qarabağlı pabliklər praktiki olaraq Əliyevə (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur-R.R.) və Azərbaycana aid olan hər şey haqqında həyasızcasına yalan danışırlar. Əliyev heç vaxt qüvvələr (silahlı qüvvələr-R.R.) və əsirlərin təhvil verilməsi ilə bağlı şərtlər irəli sürməyib. Bəsdirin insanlara yalan danışdınız. Sizlər 32 il təxribatlar törətmisiniz və iki xalqın arasını vurmusunuz. Yetər özünüzün varlanmağınız naminə hər kəsin arasında nifaq toxumu səpdiniz", deyə Baqdasaryan statusunda bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB