Ermənistanda rusofob meyilləri artır: hakimiyyət resursları işə salınıb ANALİTİK
“Taynaya kantselyariya” TK: “Ermənistanda növbədənkənar seçki oyunu başlayıb və qərbyönlü güclər yenidən fora qazanıblar”
Ermənistanda böhranlı siyasi-ictimai vəziyyətin davam etdiyi vaxtda məhz müxtəlif yönlü erməni siyasi dairələrinin hadisələrə baxışları da maraq doğurmaqdadır. Belə ki, xüsusilə bu ilin iyun ayında keçirilməsi gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində iddiaların qızışması da bu cür qənaətə gəlməyə zəmin yaradır ki, hələ bu “xəmir” çox “su” aparmalı olacaq.
SİA xəbər verir ki, “Taynaya kantselyariya” adlı teleqram kanalında bu və bu kimi bənzər olaylara ilginc münasibət göstərilib, şərhlər olunub.
Hakimiyyət və sorosçu alətlər tərəfindən işə salınan antirusiyaçı feyklər zəncirvari qaydada çox uğurla və zamanında öz yerini tutmağa başladı
“Ermənistanda növbədənkənar seçki oyunu başlayıb və qərbyönlü güclər yenidən fora (imkan) qazanıblar”, deyə yazan adıçəkilən teleqram kanalı Paşinyanın sözügedən situasiyada inzibati resurslarını istifadə edəcəyini, sosial media vasitəsi ilə ictimaiyyənin Moskvaya qarşı fəallığını artıracağını qeyd edir: “İlk qaranquş politoloq Sergey Kuryaqin və Solovyovun şousu oldu ki, o 4 ay əvvəl orada çıxış etmişdi. Onu (Kuryaqini) antierməni fikirlər səsləndirməkdə suçlamışdılar, bundan əlavə ikinci Qarabağ müharibəsində Rusiyanın Ermənistanın uduzması marağında olması ilə bağlı feyklər yayılmağa başladı. Həmin vaxtda Ermənistanda rusofob “Sasna Srer” təşkilatı fəallaşdı. Millətçilər martın 16-da İrəvanda mitinq keçirdilər. Son olaylar çərçivəsində hakimiyyət və sorosçu alətlər tərəfindən işə salınan antirusiyaçı feyklər zəncirvari qaydada çox uğurla və zamanında öz yerini tutmağa başladı. Bu, yaxınlarda Qarabağda məğlubiyyətə uğrayan Ermənistanda çox ağır qarşılanır”.
Rusofoblar ölkədəki antirusiyaçı köklənmənin maksimum şişirdilməsi şansını əldən verməyəcək ki...
Teleqram kanalı yazır ki, yaxın bir ayda-iki ayda “Sasna Srer” millətçilərindən ibarət olan “Erməni milli demokratik qütbü” və daha bir neçə rusofoblar ölkədəki antirusiyaçı köklənmənin maksimum şişirdilməsi şansını əldən verməyəcək ki, qarşıdan gələn seçkilərdə bugünkü hakimiyətdən narazı olan, həm də köhnələrin yenidən hakimiyyətə gəlməsindən qorxan seçicilərin səslərini qazansın: “Amma bu cür elektorat 40% vətəndaşdan yuxarı deyil. Bununla yanaşı onlar Paşinyan komandasını da ədalətli şəkildə uzaqlaşdıracaqlar və ermənilər üçün üçüncü qüvvə təsirini bağışlayacaqlar”.
Qeyd olunur ki, Ermənistanda antiruyaçılıq dalğası dövr edir və bunu ictimai rəyə xarici aktorlar da sızdırır.
“Erməni ictimai rəyində Rusiyanın Ermənistanın Azərbaycanla münaqişəsindəki məğlubiyyətində maraqlı olması ilə bağlı yalan qurğuları işə salınır. Lakin Kremldə iddia edirlər ki, Ermənistan elitasının özü vəziyyətdən çıxış yolunu tapmalıdır”, adıçəkilən TK-ı yazır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB