Gürcüstanın baş naziri azərbaycanlı vətəndaşları təbrik edib

Gürcüstanın baş naziri azərbaycanlı vətəndaşları təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

SİA-nın "1TV"yə istinadən verdiyi məlumata görə, Baş nazir Novruz bayramının yeni ilin, yeni həyatın başlanğıcının simvolu olduğun bildirib: "Azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı - yeni ilin, yeni həyatın başlanğıcının simvolu olan baharın bu gözəl bayramı münasibətilə təbrik edirəm. Hər kəsə sülh, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə