Ermənistan vətəndaşı Azərbaycan Prezidentinə hansı müraciəti etdi? Terrorçuları ekstradisiya edin
Ermənistanda siyasi-ictimai və iqtisadi böhranın dərinləşdiyi, ölkənin sürətlə uçuruma yuvarlandığı bir dönəmdə revanşçıların, eləcə də erməni respublikasını sözügedən həddə çatdırılmasının əsas baiskarları olan eks-prezidentlər - Robert Koçaryanın və Serj Sarqsyanın yenidən baş qaldırmaları sadə xalq təmsilçiəri tərəfindən ikrahla qarşılanır. SİA erməni sosial şəbəkə seqmentlərinə istinadən xəbər verir ki, İşxan Verdyan adlı İrəvan sakini hər iki sabiq prezidentlərin Azərbaycan vətəndaşları olduqlarını xatırladaraq Azərbaycan Prezidenti İlham Əliyevə facebook sosial şəbəkəsi vasitəsi ilə müraciət ünvanlayıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə Ermənistan respublikasının vətəndaşı Verdyandan müraciət”, başlıqlı yazıda bildirlir: “Hörmətli cənab Prezident! Sizin diqqətinizə çatdırıram ki, Koçaryan R. və Saqrsyan S. adlı Azərbaycan Respublikasının iki mənsubu hazırkı məqamda Ermənistan Respublikasının ərazisindədirlər. Onlar dağıdıcı fəaliyyətləri və özlərinin quldurluq və terrorçuluq ənənələrinə xas olan fəaliyyətləri ilə Azərbaycana və Ermənistana düzəldilə bilinməyəcək ziyan vurmağa davam edirlər.
Szdən xahiş edirəm bütün mümkün ölçüləri götürərək, yuxarıda adları çəkilən Azərbaycan vətəndaşlarının ekstradisiyalarını həyata keçirəsiniz.
Hörmətlə İşxan Verdyan, Ermənistan vətəndaşı”.
Müraciətin əslini aşağıdakı fotodan oxuya bilərsiniz:
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB