“Ukrayna hakimiyyəti öz "xəyal dünyasında" yaşamağa davam edir” Maria Zaxarova

“Ukrayna hakimiyyəti öz "xəyal dünyasında" yaşamağa davam edir” Maria Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Ukrayna səlahiyyətlilərinin "xəyal dünyalarında" yaşamağa davam etdiyini söylədi. SİA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bu barədə Facebook səhifəsində yazıb.
"Onlar xəyal dünyalarında yaşamağa davam edirlər. Onlar Yaltadan kənarda Yalta konfransları keçirirlər, Krımı Krımsız təchiz edirlər, Rusiyasız Rusiya ilə mübarizə aparırlar, rus dilində xarici yayımı stimullaşdırırlar, ölkələrində rus dilində yayımları azaldırlar", deyə Zaxarova öz sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Zaxarovanın sözləri AstraZeneca peyvəndinə qarşı kütləvi informasiya kampaniyasında Moskvanı ittiham edən Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkaçenkonun açıqlamasına bir reaksiya idi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə