Azərbaycan və Slovakiya XİN başçılarının birgə mətbuat konfransı keçirilib YENİLƏNİB - FOTOLAR

Azərbaycan və Slovakiya XİN başçılarının birgə mətbuat konfransı keçirilib YENİLƏNİB - FOTOLAR

Bu gün, 17 mart 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov və Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokun birgə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində İvan Korçokun xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat kinfransı Xarici İşlər Nazirliyində keçirilib və konfransa nümayəndə heyətləri, qonaqlar, eləcə də jurnalistlər qatılıblar.
Mətbuat konfransında əvvəlcə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov ilk öncə Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçoku, nümayəndə heyətini, iştirakçıları salamlayıb və görüşün əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, ikitərəfli formatda ölkələrimiz arasında münasibətləri müzakirə etməyi, eləcə də ölkələrimiz arasında dialoqu yüksək qiymətləndiririk.
Ceyhun Bayramov həmçinin diqqətə çatdırıb ki, 2019-cu ildə Slovakiyanın Azərbaycanda səfirliyi açılıb və münasibətlərin daha da yaxşılaşdırılmasını dəyərləndiririk. Azərbaycanın xarici işlər naziri nəzərə çatdırıb ki, iqtisadi sahə, tikinti, ticarət və digər sahələr olmaqla 11 Slovakiya şirkəti Azərbaycanda fəaliyyət göstərir.
“Hesab edirik ki, çox böyük inkişaf perspektivləri mövcuddur. Növbəti dövrdə bu istiqamətdə prinsipial addımlar atılacaq. Həmçinin humanitar sahədə də iş birliyinə nəzər yetirilib. Beynəlxalq platformada da əməkdaşlıq və perspektivlər müzakirə predmeti olub.
Vurğulamaq istərdim ki, xüsusi bir tarixi dövrü yaşayırıq, 30 iln davam edən işğal faktına son qoyulub və üçtərəfli bəyanatlar, imzalanan sənədlər regionda yeni inkişaf perspektivləri, imkanları yaradır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü daxilində dövlətlərarası münasibətlərin normallaşdırılmasını vacib hesab edirik. Hesab edirik ki, Slovakiya da əməkdaşlıq etmətyə hazırdır. Azərbaycan tərəfdaş ölkələrlə münasibətləri məhz dostluq prizmasında qurur və bunun hər iki tərəfə tövhə verəcəyinə inanırıq”, deyə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Daha sonra Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok çıxış edib və öz fikirlərini, münasibətini bölüşüb.
Mətbuat konfransı jurnalistləri maraqlandıran məsələlərin müzakirəsi ilə yekunlaşdırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə