İranda son bir gün ərzində 97 nəfər koronavirusdan dünyasını dəyişib. SİA xəbər verir ki, bunu İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin nümayəndəsi Sima Sadat Lari söyləyib.
Bildirilir ki, İranda koronavirüsdən ölənlərin sayı artıq 61.427 nəfərə çatıb. Həmçinin qeyd olunur ki, bu ölkədə son 24 saat ərzində 8380 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, İranda koronavirus virusuna yoluxanların sayı 1.763.313 nəfərə çatıb və hazırda 3.848 koronavirus xəstəsinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB