Müharibə hər zaman bir çox gizli məqamlara aydınlıq gətirib və torpaqlarımızın işğaldan azad olunması yolunda 44 günlük savaş da Ermənistan üçün, erməni cəmiyyəti üçün xarakterik olan xəyanətləri, xəyanətkarlıqları üzə çıxarıb və bu, hələ də davam edir. Hələ də erməni xalqı ölkə hakimiyyətinin yalanlarının üstünü açır, istər sonuncu müharibədən əvvəl, istər müharibə dönəmində, istərsə də müharibədən sonra hakimiyyət, dövlət tərəfindən aldadıldıqlarını, bununla da xəyanətlərə məruz qaldıqlarını nəinki dərk edirlər, bu barədə etiraz aksiyalarında da açıq-aşkar fikirlər səsləndirirlər. Bir sözlə, işğalçı ölkədə bitib-tükənməyən xəyanətlərin üstü hələ də açılmaqdadır və sanki xəyanət bu ölkənin elə yarandığı gündən alnına yazılıb, alın yazısıdır.
Heç şübhəsiz ki, 44 günlük döyüşdə rüsvayçı məğlubiyyətə düçar olar Ermənistanın vətəndaşları bu rüsvayçılığı həzm edə bilmirlər və əslində, etirazların da kökündə məhz bu dayanır. Eləcə də ölkə vətəndaşları, siyasətçilər, ekspertlər yaxşı başa düşürlər ki, Ermənistan tərəfinin canlı qüvvə, hərbi texnika, silah-sursat itkisi, nəticədə isə, ümumiyyətlə, dövlət olaraq Ermənistanın itkisi hədsiz dərəcədə böyükdür və bu itkilər işğalçı ölkəni çökdürməkdədir. Bir tərəfdən də etirazlar elə xəyanətlərə görə edilir və işğalçılıq siyasətinə, qəsbkarlıq niyyətlərinə, terrorçuluq fəaliyyətinə görə, özgə torpaqlarında minlərlə gəncin ölümünə, on minlərlə gəncin şikəst olmasına rəvac verənlərin əməlləri həqiqətən də öz xalqına xəyanətdən ziyadə qiymətləndirilə də bilməz.
Məsələ burasındadır ki, Ermənistanda bitib-tükənməyən problemlərin, hətta bəlaların içərisində bir bəla da döyüşlərdə Ermənistan tərəfindən itkin düşənlərin cəsədlərinin, yaxud qalıqlarının tapılıb valideynlərinə qaytarılmasıdır. Dəfələrlə meydanlarda etiraz edən, övladının heç olmasa cəsədinin, ya da cəsədinin qalıqlarının tapılıb onlara təhvil verilməsini tələb edən valideynlərin narazılıqlarını mətbuat vasitəsi ilə, video, foto görüntülər vasitəsilə seyr etmişik. Erməni əsgərlərinin valideynlərinin narazılıqları anlaşılandır, çünki onların böyük bir qisminə hələ də ölən balalarının cəsədləri, yaxud qalıqları verilməyib. Hətta övladlarının cəsədləri tapılıb təhvil verilən valideynlərin bir çoxları cəsədlərin onların övladlarının olmadığı qənaətindədirlər. Əbəs yerə deyil ki, ölkədə DNT testi edilir və testin nəticələri ilə valideynlər bir növ “razı salınır”, amma bir sıra faktlar təsdiq edir ki, bəzən valideynlər elə test ilə də aldadılır. Bir növ, bu rakursda da xəyanət hökm sürür Ermənistanda və erməni xalqı artıq bunun da fərqindədir.
DNT testi xəyanəti ortaya qoydu
Ermənistanda DNT testi ilə aldadılma faktları, yaxud DNT testlərinin xəyanətləri ortaya qoyma faktları artmaqdadır. Təsadüfi deyil ki, döyüşlərdə iştirak etmək üçün Zəngilana yollanan, sonra mühasirədə olduqları bildirilən və hələ də itkin düşmüş sayılan hərbçilərin qohumları DNT testlərinin cavablarının saxtalaşdırılması barədə həyəcan təbili çalırlar. Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata görə, bir neçə həftə əvvəl itkin düşmüş oğlanlardan birinin anası 168.am xəbər portalına DNT testlərinin saxtalaşdırılması barədə konkret faktlar barədə danışıb. Bu gün həmin faktlara daha bir fakt da əlavə edilib və bu barədə hadisə şahidlərindən biri nəql edib.
“Öz itkin qardaşını axtaran iki qardaş onların qardaş olduğu bilinməyən bir xəstəxanada qan analizi veriblər. Qardaşlardan birinə, axtardığı itkin qardaşının qalıqlarının Zəngilanda, qardaşlardan digərinə isə, axtardığı itkin qardaşının qalıqlarının Cəbrayılda olduğu bildirilib. Bir adam ikiyə bölünübmü və bir əsgərin bir ayağı bir ərazidə, o biri ayağı 137 km məsafədə olan digər ərazidə ola bilərmi, sualı hər kəsi maraqlandırır və narahat edir”, deyə bir hadisə şahidi bildirib.
Xatırladaq ki, itkin düşənlərin qohumları məsələni aydınlaşdırmaq üçün Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə görüş tələb edirlər. Bəziləri ikinci bir ekspertiza tələb edirlər və hətta bir çoxları bu ekspertizanı xaricdə keçirmək niyyətindədirlər. Bəli, ola bilsin haqlıdırlar və onları bu zamana qədər bir-birinin ardınca aldatmaqda davam edən dövlətə, hakimiyyətə inanmırlar. Həqiqətən də vətəndaşları razı salmaq üçün bir insanın bir parçasını bir valideynə, digər parçasını başqa bir valideynə təhvil verəcək qədər xəyanətkarlıq Ermənistandan, onun hakimiyyətindən gözləniləndir. Heç şübhəsiz ki, belə faktlar bütün dünyada erməni simasızlığını tanıyan kəslərdə təəccüb belə doğurmaz. Yəni, göz görə-görə kimlərinsə balalarını başqalarının torpaqlarında qırğına verən, ölümünə rəvac verənlərin hər oyuna getməsi, onların övladlarının cəsədləri ilə də “iyun” oynaması təəccüblü deyil, onların simasızlığının təzahürüdür.
Müharibə kimin kim olduğunu göstərdi
Əlbəttə, islam əxlaqı, eləcə də milli ənənələrimiz vətən uğrunda nəinki canını fəda edən, hətta savaşan kəslərə xüsusi hörmət və ehtiram aşılayır və məhz Azərbaycanda istər bu əxlaqla, istərsə də mental düşüncəmizlə onlar “Şəhid” və “Qazi” adı ilə hörmətlə qarşılanır. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda həlak olanlar, yaralananlar nəinki 44 günlük savaşdan sonra, hətta elə döyüş zamanında, döyüş əməliyyatlarının getdiyi yerdə saxlanılmayıb, oradan götürülüb və bu müqəddəs ənənə bəzən döyüşən əsgərin özünün həyatının itigisi bahasına başa gəlib. Məsələ burasındadır ki, nə bu müqəddəs ənənəni, nə bu hörməti, nə də qəhrəmanlıq salnaməsini, mərdliyi Ermənistan tərəfinə şamil etmək mümkün deyil və hər gün ortaya çıxan faktlar bunu təsdiq edir. Təsdiq edir ki, yalnız xəyanət, hətta öz xalqına, vətəndaşına qarşı xəyanət belə bu ölkə üçün xarakterikdir.
Doğrudur, dövlət Ermənistan hakimiyyəti haqlı olaraq xəyanətdə ittiham olunur. Haqlı olaraq bildirilir ki, müharibəyə səbəb olan təxribatlarla Nikol Paşinyan və onun komandası vətəndaşlarını mənasız yerə qırğına sürüklədi və bu, özü də xalqa qarşı xəyanətdir. Hətta 44 günlük müharibə bitdikdən sonra da istər əsirlərə, istərsə də itkin düşənlərə qarşı laqeydlik Ermənistan hökumətinin növbəti xəyanəti kimi haqlı olaraq dəyərləndirilir. Bir tərəfdən də DNT testinin yanlış, aldadıcı cavabları ilə Ermənistan hökumətinin xəyanətləri dilə gətirilir və bu mənada da tələblər, ittihamlar haqlıdır. Əgər vətəndaş aldadılaraq, ona öz övladının yerinə başqa birisinin cəsədlərinin qalıqları verilirsə, bu da bir xəyanətdir. Amma bir məqam da sual olaraq ortaya çıxır ki, bəs DNT testi həqiqətən də doğru aparılıbsa və qeyd olunan faktdakı hal, yəni, qardaşlardan birinə qardaşının cəsədinin qalıqlarının Zəngilanda, digərinə Cəbrayılda olduğu bildirilirsə, bu, necə izah oluna bilər? Əgər həqiqətən də DNT testi doğru, düzgün aparılıbsa və aldadılma olmayıbsa, deməli, bu fakt daha başqa məqamlardan xəbər verir. Nəzərə alsaq ki, DNT testi mənsubiyyəti real olaraq sübut edir, deməli, bu fakt xəyanətin bəlkə də on illər bundan əvvəl edildiyini təsdiqləyir.
Ermənilərin xəyanətkarlığı tarixi faktlarda
Hayların hələ qədimdən Anait adlandırdıqları ilahəyə ermənilərin indi də necə rəğbət bəslədiyi, müqəddəs saydığı, Anait adlı ilahənin də “kimliyi” müəmmalı, yaxud sirr deyil. Bu ilahənin bütün kişilərə eyni zamanda əks cins olaraq “xidmət” göstərdiyi və bu xidməti göstərənləri bir yerə topladığı barədə bütün dünya məlumatlıdır və bizim şər atmaq kimi bir niyyətimizin olmaması da bununla öz təsdiqini tapır. Yəni, digərləri üçün məhz xəyanət hesab olunan “xidmət” erməni cəmiyyətində ilahə səviyyəsində “dəyər” qazanırmış. Hətta, tarixi salnamələrdə qeyd olunur ki, ən mötəbər erməni ailələri Anait adlı ilahənin “məbəd”-indən olan qadınlarla ailə qurulmasını üstün məqam hesab edirmiş. Bir sözlə, xəyanət etməyə vərdiş edən qadınların ailələrə gəlin kimi qəbul olunması heç də qeyri-adi sayılmırmış. İndi hansısa erməni Qaregin Njde kimi birinin terrorist olması fonunda ona heykəl qoyulmasından utanmadığı kimi, heç Anaitə də heykəl qoyulsa nə utanmaz, nə də buna qarşı çıxmaz. Əksinə, bununla qürurlanardı, eyni ilə nümunə gətirdiyimiz analoji fakt kimi. Bəs əgər Anait adlı ilhalərinin dövründə DNT testi olsaydı, haylar da DNT testi etsəydilər bu zaman qarşılaşılacaq nəticə nə ola bilərdi? Ümumiyyətlə, xəyanəti qəbul edən birinin övladlarında DNT testi eyni mənsubiyyəti təsdiq edə bilərdimi? Əsla.
Bilirik ki, ermənilər öz maraqları naminə qadınlarını Rusiyalı yüksək rütbəli hərbçilərə də “təqdim ediblər” və buna rusiyalı tarixçilərin, səyyahların da əsərlərində, qeydlərində rast gəlinir. Yəni, zaman-zaman erməni qadınları üçün xəyanətin adi hala çevrilməsi faktlarda öz təsdiqini tapıb. Özü də belə “hədiyyəlik” erməni qadınları ermənilər arasında daha “layiqli” sayılırmış. Elə həmin o Rusiyalı yüksək rütbəli hərbçilərə “hədiyyə” edilən erməni əsilli qadınların da dünyaya gətirdikləri övladlarında əgər DNT testi aparılsaydı nəticə indi xəstəxanada fərqli nəticələrlə analoji olaraq, eyni ilə fərqli olmalı idi.
Sədaqətə qiymət verməyən cəmiyyət üçün xəyanət hər zaman gözləniləndir
Şər atmaq, yaxud təhqir etmək niyyətində deyilik, amma təsəvvür edəndə ki, Ermənistan dövləti, mövcud hakimiyyət, onun səhiyyə orqanları DNT testin nəticələrinin doğruluğunu təsdiq edə bilər, adam şoka düşər. Yaxud elə hesab edək ki, DNT testindən sonra itkin düşən qardaşının cəsədinin qardaşlardan birinə Zəngilanda, digərinə Cəbrayılda tapıldığı barədə xəbər verdikdən sonra onlar xarici ölkədə DNT testi etdikdən sonra eyni şəkildə cavab verilsə, nəticə eyni olsa onlar hansı qənaətə gəlməlidirlər? Bu fakt ondan xəbər vermirmi ki, xəyanət elə onların ailələrində olub və özü də on illər bundan öncə?
Maraqlıdır, indi xəyanətkar kimdir, erməni ailəsi, yoxsa dövləti? Hər bir halda bunlardan hansısa, biri, yaxud digəri mütləq şəkildə xəyanətkardır. Amma heç şübhəsiz ki, xəyanət və xəyanətkarlıq var və bu, artıq qeyd olunan faktlarla öz təsdiqini tapır, isbatlanır. İstənilən halda Ermənistan üçün xarakterik olan xəyanət növbəti dəfə təzahür edir və belə bir cəmiyyət, hər zaman xəstə təxəyyül, yanlış yanaşma nümayiş etdirən, dəyərlərə, həqiqətə, nəhayət ki, sədaqətə qiymət verməyən cəmiyyət üçün xəyanət hər zaman gözləniləndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB