Matvienko AŞPA rəhbərinin niyyətini yüksək qiymətləndirib

Matvienko AŞPA rəhbərinin niyyətini yüksək qiymətləndirib

Rusiya AŞPA sədri Hendrik Damsın ölkəmizlə konstruktiv bir dialoq qurmaq niyyətini yüksək qiymətləndirir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının sədri Valentina Matvienko AŞPA sədri ilə görüşdə deyib.
"Çətin epidemioloji vəziyyətə baxmayaraq, Moskvaya səfərinizi, Rusiya Federasiyası ilə konstruktiv, qarşılıqlı faydalı, qarşılıqlı hörmət əsasında bir dialoq qurmaq niyyətinizi qiymətləndiririk", deyə Matvienko bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə