Prezident İlham Əliyev: “Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar”
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının videoformatda keçirilən VII qurultayında çıxışı zamanı bildirib ki, Ermənistan məğlub damğası ilə əbədi yaşayacaq: “Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq”.
Artıq bu gün bütün dünya bu gerçəklikləri görür. Görür ki, Ermənistan elə bir oyuna, elə bir düyünə düşüb ki, nə oyundan çıxa, nə də düyünü aça bilir. Erməni xalqı nəhayət İkinci Vətən müharibəsinin Qələbəsindən sonra anlayır ki, öncə bunun günahı və səbəbkarı elə erməni xalqı özüdür. Və anladılar ki, bu günə kimi hakimiyyətə gələnlərin hamısı oğru, quldur, xəyanətkar, faşist xislətli çaqqallardır. 2018-ci ildən küçə təfəkkürlü «küçə demokratı» Nikol Paşinyan kimi yalançı, quldur, savadsızın vədlərinə tez inanan erməni xalqı sonda nə ilə üzləşdi?
NƏTİCƏ ...
Nəticə göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının videoformatda keçirilən VII qurultayında bildirib ki, bizim şanlı Qələbəmiz ordu quruculuğuna yüksək hazırlığın göstəricisidir: «Bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. İndi biz yeni dövrə qədəm qoyuruq».
Dövlət başçısı onu da söyləyib ki, erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, elə düşünürdülər ki, guya işğal etdikləri torpaqlar ondarın torpaqlarıdır. Doğrudan da, dövlət başçımızın dediyi kimi, onları müalicə etdirmək lazımdır, ancaq bu bədbəxt xalq elə bir durumdadırdar ki, qazdıqları məzara özləri düşüblər.
«Mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına. O millətçi və irqçi, azərbaycanafob, islamafob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması»,-deyən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının videoformatda keçirilən VII qurultayında bildirib.
Ermənistan müstəqil ölkə olmadı...
Prezident İlham Əliyev 44 gün davam edən Vətən Müharibəsinin Qalibiyyət əldə etməsi ilə bağlı çıxışlarında bildirib ki, çünki bu işğalçı ölkə quldur ölkə olduğu bir halda, hansı müstəqillikdən danışmaq olar: «Onların rəhbərləri cinayətkardır, onların qəhrəmanları qorxaqdır. Ermənistan rəhbərliyi özü deyib ki, onlara əvvəllər quldurlar, cinayətkarlar rəhbərlik edib. Son iki il yarımda onlara kimin rəhbərlik etdiyini bütün dünya gördü. Ermənistan müstəqil ölkə ola bilmədi, Ermənistan faktiki müstəmləkədir. Onlar nəyə görə müstəqil ola bilmədilər? İşğala görə. Bundan sonra da məğlub edilmiş ölkə damğası ilə yaşayacaqlar».
Və sözsüz ki, bu gün ən azından dünya demokratiyadan danışdığı bir vaxtda aqressiv siyasət yeridərək bu məsuliyyəti öz uydurulmuş tarixi ədalətlərini bərpa etməyə yönəldilmiş fəaliyyətlə maskalamaqla demokratik və ədalətli dövlət imici yaratmaq mümkün deyil. Nə qədər ki, işğalçılıq siyasəti yeridiləcəksə, ölkə hakimiyyəti də dalana dirənəcək. Və nə qədər ki, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmayıb, məhz Ermənistan dövlətinin regionun lider dövləti olan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyə tərəfindən regiondakı bütün layihələrdən kənarda qalacaq. Məhz bunun nəticəsidir ki, Ermənistan iqtisadi inkişaf deyilən xəyaldan uzaq düşməkdədir. Belə olan halda isə uzun müddət Ermənistanı məhz bu vəziyyətdə saxlamaq istər erməni diasporası, istərsə də Rusiya üçün iqtisadi cəhətdən əlverişli deyil. Çünki 30 illik həsrətə 44 gündə son qoymaq, haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpasına, Qarabağımızın Azərbaycanımıza qaytarılmasına nail olmaq, Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib: «Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq».
Bundan böyük damğa olar? Ancaq bunu bu günə kimi işğalçı Ermənistana rəhbərlik edən koçaryanlar, sarkisyanlar, paşinyanlar... kimi quldurlar, oğrular, çaqqallar...anlaya bilməz. O zaman erməni xalqı özü bu gününü düşünməli, düşdükləri dumanlı mühitdən çıxmaq üçün üzdəniraq “küçə demokratının” dərsini verməli və onlardan Azərbaycanla niyə düşmən olmalarının hesabını sormalıdır. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək gərəkdir. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir.
Doğrudur, bu gün Ermənistanda xalq ayağa qalxıb, ancaq vaxtında qalxmalı idi. Siyasətçilər dəfələrlə vurğulayıb ki, Qarabağ münaqişəsi nizamlanmadan heç bir problem həll oluna bilməz. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi «faktlar» gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
Və bu gerçəkliyi də anlamaq lazımdır ki, Azərbaycan 44 gündə yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.
Bir sözlə, bu reallıqdır ki, sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB