Murmanskda 28 May–Respublika Günü qeyd olunacaq

Murmanskda 28 May–Respublika Günü qeyd olunacaq

Murmanskda Ümumrusiya Azərbaycan Konqresi regional bölməsinin və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının fəallarının dəstəyi ilə 28 May–Respublika Gününə həsr olunan tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, mayın 26-da baş tutacaq tədbir çərçivəsində "Müasir Azərbaycan" mövzusunda konfrans keçiriləcək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən fotostend təşkil olunacaq.

XX əsr tarixə təkcə elm və texnologiyalar əsri kimi deyil, həm də milli dirçəliş, milli dövlətlərin yaranması əsri kimi daxil olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. AXC müsəlman dünyasında ilk milli dövlət modeli, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olub. Tədbir iştirakçılarına Azərbaycana həsr olunan kitablar, qəzetlər və jurnallar paylanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə