ATƏT sədri sabah Azərbaycana gəlir

ATƏT sədri sabah Azərbaycana gəlir
ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək. SİA ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, səfər 15 mart tarixində baş tutacaq. Məlumata görə, Linde səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək. Görüşlərdə Qarabağla bağlı danışıqların aparılması, həmçinin ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Bundan əlavə, Ann Lindenin Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü planlaşdırılır.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə