Rusiya və Azərbaycan arasında Qəbələ RLS-in gələcək taleyi barəsində danışıqlara başlanılacaq
Gələn ilin yanvarında Qəbələ Radiolakasiya Stansiyasının Rusiyaya 10 illik icarəyə verilməsinin müddəti bitir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu günlərdə icarə müqaviləsinin gələcək taleyi barədə Rusiya və Azərbaycan arasında danışıqlar başlanacaq. Hətta danışıqlar zamanı Bakı bəzi şərtlərlə çıxış edə bilər. Bu şərtlər sırasında isə icarə məbləğinin artırılması, stansiyada yerli kadrların sayının çoxalması kimi amillərin olduğu bildirilir.
Qeyd edək ki, hələ 2007-ci ildə "Böyük səkkizliy"in toplantısında Rusiya ABŞ-a təklif etmişdi ki, Qəbələ RLS-dən birgə istifadə etsinlər. O zaman ABŞ bu təklifə müsbət cavab verməmişdi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB