Ötən 29 il ərzində ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası özünün lider partiya və siyasi güc olduğunu bir daha sübut etdi.
Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 90-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycan hər tərəfdən təzyiq altında idi. O dövrün cəsarətli, qorxmaz insanları açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter alıb. Hərbi məğlubiyyət, torpaqların işğalı, hakimiyyət uğrunda gedən daxili çəkişmələr böhranla tamamlanırdı. Ölkədə özbaşınalıq, xaos höküm sürürdü. Gücsüz hakimiyyət ölkəni məhvə aparırdı. Belə bir şərait vətənpərvər insanları öz ətrafında birləşdirən partiyanın yaradılmasını zəruri etdi. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc dövlətimizin həyatında yeni bir mərhələyə yol açdı. 1993-cü ilin oktyabr ayında isə o vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər qüvvələr– məşhur "91-lər" Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər. Zamanı üçün bu böyük cəsarət tələb edirdi. Heydər Əliyev xalqın mütləq əksəriyyətinin xahişi və dəstəyi ilə Bakıya gəldi.
1993-2003-cü illər Azərbaycanın ictimai-siyasi həyatında həlledici illər oynamışdır. Məhz bu illərdə dövlətçiliyin əsası qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ölkə beynəlxalq təcriddən çıxdı. Böyük investisiyalara start verildi. Nizami ordu quruculuğuna başlanıldı. Bu gün ölkəmizin müxtəlif sahələrində öz töhvələrini verən kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi. Prezident seçilərkən hər bir azərbaycanlının prezidenti olacağına söz vermiş cənab İlham Əliyev doğrudan da 17 il ərzində tarixi uğurlara imza atdı.
Bu dövrdə qarşıya qoyulmuş hədəflərə çatıldı və növbəti hədəflər təyin edildi. Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyi uğurlar Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün oldu. Son 17 ildə dayanıqlı əsaslara söykənən xalq-iqtidar birliyi yaradıldı. Ölkə iqtisadiyyatında yüksəliş dövrü başlandı, yeni uğurlar əldə edildi. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Vaxtilə Azərbaycana qarşı düşmən münasibətdə olan region ölkələrlə normal qonşuluq əlaqələri yardıldı. Beynəlxalq aləmdə ölkəmiz yüksək milli dəyərləri olan, güclü və müstəqil ölkə kimi tanındı və qəbul olundu. Dövlətimiz qısa bir zaman kəsiyində regionda ən güclü orduya sahib oldu. Qafqazın lider ölkəsinə çevrildi.
Azərbaycan həqiqətləri beynəlxalq aləmdə tanıdıldı. Tarixi ədalət bərqərar olundu, qarşıya qoyulmuş vəzifələr yerinə yetirildi. Lakin torpaqlarımızın işğal altında qalması ilə barışmaq olmazdı. İşğalçı dövləti torpaqlarımızdan qovmaq, onu məhv etmək üçün kifayət qədər gücə malik olan dövlətimiz yenə də münaqişəni dinc yolla həll etmək siyasəti aparırdı.
Lakin BMT-nin icra edilməmiş dörd qətnaməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ərazi bütövlüyümüzün tam bərpa edilməsi istəyini ləngidə bilməzdi. Bütün xalqımız bir yumruq kimi Ali Baş Komandan, Respublika Prezidenti ətrafında sıx birləşdi. Odur ki, 44 günlük II Qarabağ müharibəsi mütləq qələbəni bizə qazandırdı. Düşmən ordusu darmadağın olundu. İşğalçı Ermənistan təslimçilik aktına imza atmağa məcbur edildi. Ərazi bütövlüyümüz bərpa edildi. Bu müharibədə Azərbaycan xalqı birlik, həmrəylik göstərdi.
Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən nüfuzlu və böyük iqtidar partiyasıdır. Müstəqil Azərbaycanın daxili və xarici siyasətində, onun ictimai həyatında yüksək rol oynayan bu partiya ölkəmizin həyatında fundamental dəyişikliklər gətirməklə yanaşı, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli və çətin yol keçib. Ölkə daxilində və onun sərhədlərindən kənarda baş vermiş hadisələr, bu günün reallıqlarından yeniləşən və müasirləşən partiyanın gələcək fəaliyyətinin tənzimlənməsi üçün günün tələbinə çevrilib.
5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti də məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır. Bundan əvvəlki dövrlərdə olkəmizdə reallaşan bir çox layihələr və II Qarabağ müharibəsinin nəticələri bölgəyə yenilik gətirmişdi. Regionda yeni əməkdaşlıq imkanları yaranmışdır. Ölkə daxilində, həm də beynəlxalq aləmdə siyasi konfiqurasiya formalaşıb. İdarəetmə çevik xarakter alıb. Artıq bölgə üçün yeni dövr-siyasi dialoq və tərəfdaşlıq dövrü başlayır. Tarixi baxışdan əgər 2003-2020-ci illər bu böyük siyasi yeniləşməyə hazırlıq dövrü idisə, 2020-ci ildən sonrakı dövr bu vəzifələrin icrası dövrüdür. Bu, müasir dövrün çağırışlarına çevik adaptasiya olunur. Ölkə rəhbərinin düşünülmüş və uzaqgörən siyasəti ilə biz artıq mənəvi və iqtisadi hazırlıq, daxili sabitlik, qlobal əməkdaşlıq və beynəlxalq təşkilatlarla iş, hüquqi baza və ordu hazırlığı hədəflərinə çatmışıq. Məhz bu uğurlar bizə Zəfər qələbəsini yaşatdı, Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Hazırda dövlətimiz üçün yeni bir dövr başlamışdır. Biz artıq həyatın bizə diqtə etdiyini necə icra edəcəyimizi anlayırıq və daha müasir hədəflər müəyyənləşdiririk. Azərbaycan qalib dövlət kimi yoluna davam edir, tarixi missiya uğurla yerinə yetirilir. Çoxtərəfli əməkdaşlıq platforması yaradılır. Ölkə artıq etibarlı nəqliyyat və loqistika mərkəzinə çevrilib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq gücləndirilib. Artıq perspektiv və bərabərhüquqlu sazişlərin 90 faizi razılaşdırılıb. Qarşıdakı dövrdə daha böyük uğurlar gözlənilir.
Ölkədə siyasi sistem təkmilləşdirilir. Milli maraqlar siyasi dialoq müstəvisində həllini tapır. Cəmiyyətin yeni konfiqurasiyası formalaşır. Hazırda bütün siyasi qüvvələr dialoqda fəal iştirak edir. XXI əsrin müharibəsini qələbə ilə başa çatdıran Azərbaycan daha müasir ordu yaratmağı hədəfləyir. Ölkəmizi hər an təhdidlər gözləyə bilər. Ona hazır olmalıyıq. Əfsuslar olsun ki, güc hər şeyi həll edir. Güclü olan haqlıdır. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər. Sözün gücü onun dövlətinin gücündən asılıdır. Necə ki, 44 günlük müharibə bunu bir daha sübut etdi.
Bizim vətəndaşlarımız dərindən anlamışlar ki, hətta dünya birliyi tərəfindən tanınmış qanuni haqqımızı almaq üçün dövlətin gücünün, xalqın birliyinin, müdrik rəhbərliyin olması mütləq şərtdir. Zəfər savaşının gedişində atılmış hər bir addım, görülmüş hər bir tədbir nəyi nə vaxt və necə edəcəyini yaxşı bilən Ali Baş Komandan tərəfindən dəqiq ölçülüb-biçilmiş və həyata keçirilmişdir. Döyüş əməliyyatlarına ölkəmiz üçün maksimum sərfəli olan şərtlər əsasında son qoyulması da möhtərəm Prezidentimizin xüsusi siyasi duyumunun və dərin zəkasının, ölkəmizin hər bir vətəndaşına qayğıkeş münasibətinin nəticəsi olmuşdur.
Bu da qeyd edilməlidir ki, ölkəmizin Dağlıq Qarabağ üzərində suverenliyini tanımamaq üçün Təhlükəsizlik Şurasının göstərdiyi cəhd məhz möhtərəm Prezidentimizin həyata keçirdiyi uzaqgörən siyasət və beynəlxalq aləmdə onun böyük nüfuzu sayəsində boşa çıxmışdır. Biz hamımız bu gün böyük qələbənin təsiri altındayıq, döyüş təcrübəsi və təchizatı ilə bir sıra inkişaf etmiş ölkələrin hərbi qurumlarının araşdırma mövzusuna çevrilmiş ordumuzla fəxr edirik. Lakin ölkəmizin güclü iqtisadiyyatı olmasaydı, belə bir ordu qurula bilməzdi. Azad edilmiş ərazilər ölkə iqtisadiyyatının gələcək inkişafına güclü təkan verəcək, həmin ərazilərdə yüksək texnoloji istehsalatların və "ağıllı şəhər və kəndlərin", "yaşıl enerji" layihələrinin icrası barədə cənab Prezidentin planlarının həyata keçirilməsi isə rahat və əlverişli yaşayış şəraitini təmin edəcəkdir.
Bu gün biz qürur duyuruq ki, ölkəmizin və xalqımızın bütün möhtəşəm xariqələrində Yeni Azərbaycan Partiyası həmişə cənab Prezidentin yanında olmuşdur. Artıq uzun müddətdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir və ölkənin aparıcı siyasi qüvvəsi kimi öz qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirir.
Amma sirr deyil ki, hələ ölkədə bir qrup azğın insan da var və onların niyyəti görülən bütün işlərə qara yaxmaq, ölkədəki ab-havanı sarsıtmaqdır. Adlarını müxalifət qoyan bu insanlar cürbəcür uydurmalar yayır, təhqiramiz ifadələrə yol verirlər. Əslində, onlar ölkədə həyata keçirilən siyasətə qarşı deyil, dövlətimizə qarşı çıxış edirlər. Sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı, xüsusən gənclər bu cür hallarla qəti mübarizə aparmalıdır. Mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan təhqiramiz yazılara dərhal barışmaz münasibət bildirməlidirlər. Çoxmillətli Azərbaycan xalqı təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni dövlət qurub. Heydər Əliyevin yaratdığı partiya müxalifət partiyasından xalqın lider partiyasına çevrilib, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amilə çevrilib.
Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələr yaşayır və biz bu ənənələri yaşatmalıyıq.
Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olmuşuq.
İndi bizim amalımız dövlət başçısının elan etdiyi milli prioritetlərdə yeni hədəflərdir. Biz əminik ki, dövlətimiz və xalqımız bu hədəflərə də inamla çatacaq.
Abil Ağasəfov
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB