Kreml rəsmi məlumatları gözləyir Dmitri Peskov

Kreml rəsmi məlumatları gözləyir Dmitri Peskov

Kreml Rusiyada ömür uzunluğunun azalması ilə bağlı media nəşrlərinə münasibət bildirməyib. SİA RenTV-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da qeyd etdiyi kimi, rəsmi məlumatları gözləmək lazımdır.
"Hələ də şöbələrimizin rəsmi məlumatlarını rəhbər tutmağı üstün bilirik, buna görə bir şey demədən əvvəl onları gözləyəcəyik", deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
Xatırladaq ki, 2020-ci ildə məlumat verilib ki, Rusiyada orta ömür uzunluğu bütün zamanların ən yüksək səviyyəsinə çatib və 2019-cu ilin sonunda bu rəqəm 73,4 yaş civarında olub. Onu da qeyd edək ki, 2019-cu ildə, o vaxt səhiyyə naziri olan Veronika Skvortsova son 20 ildə Rusiyada ömür uzunluğunun orta hesabla 7,7 il artdığını bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə