Sənan Həsənov: “Elmi dairələr və ictimaiyyət YAP-ın ideyalarından qaynaqlanan nəticələri təhlil edir”
“Yeni Azərbaycan Partiyasının birləşdirici fünksiyasi sosial tələbatın təzahürüdür”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatının sədri Sənan Həsənov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayındakı nitqindən irəli gələn vəzifələr bir sıra elmi əsaslanmaları xarakterizə edir.: “İndi elmi dairələr və ictimaiyyət Yeni Azərbaycan Partiyasının ideyalarından qaynaqlanan nəticələrin təhlilinə dair fikirlərini daha cox əsaslandırmaqdadır. Cünki bu istiqamətdə uğurlu və davamlı nəticələr var. Partiyanın ideyaları Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsindən, vətənpərvərlik və xalqına sədaqətlilik ruhundan güc alaraq qısa zamanda böyük və effektiv siyasi qüvvəyə çevrilmişdirsə, növbəti mərhələ bu mütərəqqi ideyaların xalqın nicat yolu ücün səmərəli tətbiqi və onun effektivlik dərəcəsini tam mənası ilə doğrulda bilmişdir. Ona görə də ideologiya ilə milli mənafenin vəhdəti haqqında danışarkən partiyanın bu harmoniyada möhkəm sosial baza yaratdığı qənaəti tam əsaslıdır. Əgər dövlətcilik maraqları və müstəqillik anlayışlarında partiyanın ideoloji xəttinin prinsiplərinə nəzər salsaq tənəzzüldən tərəqqiyədək olan yolda milli strategiyanın başdan başa islahatlar hədəf və effektli nəticə xəttini görmək mümkündür. Nəticə özü onu göstərir ki, Azərbaycanın yeni-yeni inkişaf mərhələlərinə qədəm qoyması əslində vahid sosial baza üzərində birləşərək formalaşan ümummilli təfəkkürün mütərəqqi ideyalarla vəhdətinin bilavasitə sübutudur”.
S.Həsənov onu da bildirdi ki, bu gün hər kəsə məlum olan həqiqət odur ki,atılan bütün addımlar, verilən bütün qərarlar həm də əldə olunmuş inkişafın davamlılığının təmin olunmasına yönəlib: “Azərbaycanın təşəbbüsləri regionun əhatəsini coxdan aşıb və bəşəriyyətin mütərəqqi qüvvələrini düşündürməkdədir. Biz dərk etməliyik ki, yalnız vahid milli ideologiyanın gücü ilə ölkəmizin milli maraqları və uzunmüddətli dayanıqlı inkişafı təmin edilə, aparılan islahatlar öz səmərəsini verə bilər. Vətən müharibəsində xalq-lider birliyinin təcəssümü milli hədəflər ücün sağlam ictimai-siyasi düşüncələrin nəyə qadir olduğunu Azərbaycan xalqının timsalında dünyaya ağah etdi. Bizim buna görə Azərbaycanın yaratdığı yeni reallıqlardan danışmağa haqqımız vardır. Bu gün Azərbaycanda istənilən hədəfə catmaq ücün cox böyük potensial imkanlar mövcuddur. Ona görə də Yeni Azərbaycan Partiyasının fəaliyyət proqramı və gələcəyə yönələn hədəfləri haqqında düşünərkən müstəqilliyimizin ilk illərində xalqımızın üzləşdiyi çox böyük çətinliklərin bu günümüzlə müqayisəli təhlilini verməliyik. Tarixin təhrif olunması kimi təhlükəli tendensiyadan hər birimiz uzaq durmalıyıq. Təcrübə göstərir ki, ən böyük məğlubiyyət cəmiyyətdəki ümidsizlik, yetkin siyasi qüvvənin olmaması və xalqın siyasi liderə inamının itirilməsindədir. Hesab edirik ki, bu gün Yeni Azərbaycan Partiyasının hədəflərinin əsasında yeniləşmə, gəncləşmə siyasəti önə çəkilərkən ölkəmizin gələcək inkişaf perspektivinin möhkəm bazasının yaradılması qarşıya qoyulur. Söz yox ki, partiyanın coxsaylı üzvləri arasında müasir, yetkin təfəkkürlü gənclərimiz də az deyil. Odur ki, partiyanın davamlı olaraq bu addımı sosial tələbatdan doğan və milli maraqlara xidmət edən amil kimi qəbul edilməlidir. Bu gün ölkəmizdə bütün ictimai-siyasi təşkilatlarla aparılan siyasi dialoqun mahiyyəti, fəaliyyət istiqamətləri də məhz gələcək siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Hesab edirik ki, bu tələblər cəmiyyətimizin sağlam qüvvələrinin bundan sonra da Yeni Azərbaycan Partiyasının ideyaları ətrafında dövlətçiliyimiz naminə sıx birləşməsini təmin edəcək”.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB