UNICEF-in Ermənistandakı keçmiş nümayəndəsi Marin Klark-Hattinq ölkəni tərk edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə UNICEF-in Ermənistandakı Nümayəndəliyinin Kommunikasiya Proqramlarının rəhbəri Zara Sarkisyan “Armenpress”ə danışıb.
"Ofis həmişəki kimi işini davam etdirir, bu vəzifənin icraçısını gözləyirik", deyə Zara Sarkisyan bildirib.
Xatırladaq ki, yerli telegram kanalları və xəbər saytları 8 martda UNICEF Uşaq Fondunun Ermənistandakı nümayəndəsi Marin Klark-Hattinqin guya casusluq etdiyi barədə məlumat yaymışdı. Guya məhz bu səbəbdən də ölkənin səlahiyyətliləri onu “persona non-qrata” elan edib.
Diqqətə çatdıraq ki, XIN mətbuat katibi Anna Nağdalyan, hökumətin Klark-Hattinqin UNICEF-in Ermənistandakı nümayəndəsi kimi səlahiyyətlərinə xitam verməyə qərar verdiyini bildirib.
"Erməni tərəfi üçün mandatın icrasındakı çatışmazlıqlar və Marin Klark-Hattinq tərəfindən UNICEF-in Ermənitandakı nümayəndəliyinin qeyri-konstruktiv iş metodu problemli olub", deyə XİN mətbuat katibi bildirib.
Xatırladaq ki, BMT Baş katibinin mətbuat katibi Stefan Dujarik bir gün əvvəl Klark-Hattinqin Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluq etməkdə ittiham olunmasını "əsassız" adlandırıb. Heç şübhəsiz ki, Ermənistanda istənilən birinin uzaqlaşdırılması üçün əsas, yaxud, hansısa səbəb tələb olunmur. Artıq illərdir ki, bu ölkədə hansı proseslər getdiyinin, istənilən şəxsin istənilən mövqedən əsassız şəkildə uzaqlaşdırılmasının bütün dünya şahididir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB