Artak Zakaryan: “Yeni müharibə qaçılmazdır” İDDİA

Artak Zakaryan: “Yeni müharibə qaçılmazdır” İDDİA

“Əgər biz Nikol Paşinyanın dövlətin sükanı arxasında bndan sonra da qalmasına dözəcəyiksə, onda müharibə dağların arxasında deyil, özü də Ermənistanın ərazisində, hansı ki, nəticədə Sünik (Zəngəzur) vilayətini itirə bilərik”.

SİA xəbər verir ki, bunu Ermənistanın KİV nümayəndələri ilə söhbətində ölkənin müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, ordu çox həssasdır, məhz bu riskləri nəzərə alan Baş qərargah hökumətin istefası ilə bağlı bəyanat yaydı.

Zakaryana görə hadisələrin belə davam edəcəyi halda silahlı qüvvələr növbəti müharibənin qaçılmaz olduğunu görürlər. “Mən müharibənin olacağına demək olar ki, əminəm”, deyən müdafiə nazirinin sabiq müavini bu əsnada Bakını və Ankaranı da qarayaxmaları ilə ittiham etməyi unutmayıb və öz təbirincə Azərbaycan Prezidentinin Zəngəzurla bağlı səsləndirdiyi haqlı bəyanatını Ermənistana “təhdid” kimi qiymətləndirib.

“Əgər müharibədən yan keçmək istəyiriksə, Paşinyanın istefasına nail olmaq lazımdır”, Zakaryan deyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə