"Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməyə hüququ var" POLİTOLOQ RƏY VERDİ
“Ukrayna hakimiyyətinin öz ərazi bütövlüyünü bərpa etməyə hüququ var. Hər kəsə məlumdur kı, bir neçə il əvvəl tamamilə beynəlxalq hüquqa zidd şəkildə bu dövlətin ərazisi faktiki olaraq 2 yerə parçalanıb. Məsələ burasındadır kı, hələ 1990-cı illərin əvvəllərində Rusiyanın zəifləməsi üçün ABŞ -dakı mərkəzlər müxtəlif planlar üzərində işləməkdə idilər. Bjezinskinin də dediyi kimi, Ukrayna Rusiya ilə ABŞ münasibətlərində xüsusi rola malik olmalı idi”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, 2000-ci illərin əvvəllərində məhz Ukraynada və Gürcüstanda Qərbin başçılığı altında inqilabların baş tutması da Vaşinqtonun Rusiyanı dövrəyə salması üçün idi: “Nəticədə inqilabdan təxminən 10 il sonra Ukrayna üzərindən ABŞ və Rusiya arasında müharibə başladı. Bu müharibədə Vaşinqton istəyinə nail oldu. Rusiyanın Ukraynanın Avropa Birliyinə inteqrasiyası qarşılığında susmaması, Ukraynanın itirilməməsi üçün müxtəlif yollara əl atması bu ölkənin Rusiyadan uzaqlaşmasına və Rusiyanın qərb sərhədlərinin Polşa ilə Ukraynanın sərhədlərində deyil, Xarkovka, Belqorodda və Rostovda faktiki yerləşməsinə gətirib çıxardı. Nəticə etibarilə Ukrayna və Rusiya itirən tərəf, ABŞ isə istəyinə nail olan tərəf oldu”.
Z.Məmmədov qeyd etdi ki, 44 günlük müharibənin nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Türkiyənin bu müharibədə oynadığı vacib rol Kiyevi də ruhlandırıb: “Hazırda ABŞ-dakı Bayden hakimiyyətinin Rusiyaya qarşı sərt mövqeyi, Ərdoğan və Zelenski arasındakı dostluq münasibətləri nəticəsində Ukrayna ilə Türkiyə arasında hərbi əməkdaşlıq Ukraynanın Prezident Administrasiyası kuluarlarında müharibənin təxirə salınmamasının labüdlüyü barədə fikirləri dolaşdırmaqdadır. Azərbaycan əvvəldən axıra qədər digər ölkələrdə, Serbiyada, Gürcüstanda olduğu kimi, Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsində də bu ölkəyə diplomatik dəstəyini verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB