Və ya milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur
Göz eyni nöqtəyə baxmaqdan, dil eyni yalanı danışmaqdan, qulaq eyni səfsəfəni eşitməkdən yoruldu. Amma müxalifət yorulmadı. Onun tuği-lənət olub bu millətin boğazına keçmiş radikal “qanadın” satqınlar “sülaləsi” - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Leyla Yunus, Qənimət Zahid, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi mənəviyyatsız, əxlaqsız erməni yalaqları 28 ildən bəridir ətrafa yalan, böhtan, xəyanət püskürür, xalqı xırda bir cığırdan böyük el yoluna çevrilmiş müstəqillik, firavanlıq və haqq yolundan sapdırmağa çalışırlar.
Bu naqislərin dərdi, azarı nədir? Umacaqları nədir? Hakimiyyət?! Bu zavallılar hələ də dərk etməyiblər ki, siyasət meydanında onlara yer qalmayıb, kağız-kuğuzlarını qoltuqlarına vurub bir zamanlar hərəkata başladıqları çayxanalara dönmək vaxtıdır. Dialektikanın qanunudur: hər şey əvvəl-axır başlanğıc nöqtəsinə qayıdır. Ancaq nə yazıq ki, nə həmin çayxanalar qalıb, nə də onları dinləyəcək işsiz-gücsüz adamlar.
2003-cü ildən onların yerini xalq göstərdi – ZİBİLXANALAR!
Artıq bu satqınlar hələ də anlamırlar ki, onların «qatarı» da növbəti mənzilə onlarsız yola düşdü. Bu isə artıq fizikanın qanunudur: nöqtələr arasındakı məsafə artdıqca, biri kiçilib yox olur. Yəni yox olduğunuz halda, nə abırsızlıqdır, sosial şəbəkələrdə edirsiniz?
Antimilli ünsürlərin siyasi «anatomiyası»
Siyasi leksikona «söyüş diplomatiyası» kimi üzdəniraq «məfhum» gətirmələri ilə öyünən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Leyla Yunus, Qənimət Zahid, Vidadi İskəndərli, Arif Məmmədov, Orduxan Teymurxan kimi milli dönük və xəyanətkarlar öz ağalarının diqtəsi ilə ilk növbədə ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin, pozulmuş ərazi bütövlüyümüzün bərpası və 44 gündə əldə olunan Qələbə Zəfərinin həmrəylik və birliyini həzm edə bilmirlər. «Sapı çürük olan baltalar» Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycanı son 17 il ərzində, məhz ölkə Prezidentinin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində ərazi bütövlüyümüz bərpa olunub, Qarabağ Azərbaycandırımıza sahib olmuşuq, Azərbaycan sabitlik və təhlükəszilik adasına çevrilmişdir. Bütün bu nailiyyətlər Xalqın öz Prezidentinə inamından, ətrafında sıx həmrəylik və birlik yaratmasının reallığıdır. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində AXC–Müsavat hakimiyyəti dövrünün hərtərəfli və obyektiv təhlili xüsusi diqqət çəkdi. Azərbaycan Prezidenti o vaxt iqtidarda olan AXC–Müsavat cütlüyünün ancaq öz maraqlarını güddüyünü, təcrübəsiz şəxslərin respublikanı idarə etdiklərini xatırladaraq dedi: “Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC–Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi... Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox...”.
Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası ilə bağlı dövlətini, millətini sevən hər kəslə əməkdaşlıq etmək üçün əlindən gələni əsirgəmir. Məhz buna görə də, erməni ilə həmrəy olan AXCP-«Milli Şura» olan antimilli şəbəkənin buyruq qulları bu realllıqları görməkdə kor, eşitməkdə kardılar. Bu mənfur, erməni riyakarlarının quyruq bulayanları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli və bunlar kimi digər üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə «xidmət» etdiklərini əvvəllər də nümayiş etdiriblər və bu gün də eyni iyrənc yoldadırlar. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə Zəfəri qazanmasından öz erməni xislətlərini nümayiş etdirərək əsl riyakarlıqlarını ortaya qoyublar. Nə yazıq ki, belə «sapı özümüzdən olan çürük balta saplarımız» da var ki, bu riyakarlıqları ilə bir daha ermənilər tərəfindən tərəfindən «bəslənildiklərini» açıq-aşkar göstərir.
Bir də düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə qarşı yalan və iftira atan, birbaşa düşmən qoltuğuna sığınan xəyanətkarlar mütləq, amma mütləq cavab verəcəkləri gün uzaqda deyil.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB