Milli Təhlükəsizlik Xidməti, İrandan Ermənistana tonlarla metal armatur və motor yağlarının gətirilməsində böyük bir korrupsiya sxemini aşkar edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, təhlükəsizlik şöbəsindən gələn mesajda Meqri gömrüyünün gömrük şöbəsinin müdirinin və bir sıra digər işçilərin 2020-ci ilin iyulundan 2021-ci ilin martına qədər, malların gömrük rəsmiləşdirilmədən gətirilməsinə icazə vermək müqabilində sahibkarlardan böyük rüşvət aldığı bildirilir.
Qeyd olunur ki, “kölgə razılaşmaları” çərçivəsində 2020-ci il ərzində İrandan Ermənistana 70 tondan çox armatur və 23 tondan çox motor yağı idxal edilib. Yüklərin Qeqarkunik bölgəsinin Martuni şəhərində əməliyyatçılar tərəfindən tutulduğu deyilir.
Cinayət işi çərçivəsində aparılan axtarışlar zamanı, saxta rəsmi sənədlər, bəyannamələr və sair olmaqla, bir çox qaçaqçılıq fəaliyyətinə dair dəlillər əldə edilib. İstintaq nəticəsində gömrük şöbəsinin rəisi, müavini, iki müfəttiş, yük maşını sürücüsü, onlara kömək edən şəxsə qarşı ittihamlar irəli sürülüb. Onlardan altısı həbs olunub, digər üçü barəsində həbs cəzası ilə əlaqəli olmayan qabaqlayıcı tədbir nəzərdə tutulub.
Göründüyü kimi, Ermənistanda qanunsuzluqlar gömrük xidmətindən də yan keçməyib. Bu işğalçı ölkədə hər sahədə olduğu kimi, gömrük sahəsində də korrupsiya halları mütəmadi olaraq müşahidə edilir və aşkarlanır. Onsuz da səfalət içərisində olan Ermənistan kimi bir ölkədə gömrük sahəsində qeydə alınan bu qanunsuzluqlar, bu ölkənin büdcəsinə “daha bir zərbə” vurulduğundan xəbər verir. Ümumiyyətlə, çox çətin durumda olan, böhranlı vəziyyətdə olan bir ölkə, yəni Ermənistan üçün belə hallar daha acınacaqlı vəziyyət vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB