Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyanı, parlament qüvvələrini, baş nazirin istefasını tələb edən və siyasi qüvvələri birləşdirən “Vətənin Xilası Hərəkatı” liderlərini 13 mart görüşünə dəvət edib. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentin internet saytında yayımladığı açıqlamada deyilir.
"Milli və ümummilli maraqları rəhbər tutaraq mövcud vəziyyəti müzakirə etmək, böhrandan çıxmaq üçün qarşılıqlı məqbul həll yollarını axtarmaq üçün Ermənistanın baş nazirini, parlament fraksiyalarının liderlərini, “Vətənin Xilası Hərəkatı”nı Prezidentin İqamətgahında 13 mart saat 12.00-da toplantıda iştirak etməyə dəvət edirəm”, deyə prezidentin internet saytında yayımladığı açıqlamada bildirilir.
Sarkisyan etdiyi təklifə 11 mart saat 17-dək cavab alacağına ümid etdiyini qeyd edib.
Göründüyü kimi, Ermənistan prezidenti ölkəsində yaranan qarışıqlıqdan, qarşdurmadan narahatlıq keçirir. Onun siyasi qüvvələri, hakimiyyət nümayəndələrini, müxalifət qüvvələrini görüşə dəvət etməsi heç də təsadüfi deyil və bu, Ermənistan prezidentinin yaranan vəziyyətə görə naratlığını təsdiqləyir. Əslində, Sarkisyanın narahatlığına həqiqətən də əsaslı səbəb var və işğalçı ölkədə qarışıqlıqların, qarşıdurmaların, xaosun hökm sürməsi fonunda siyasi böhrana görə onun görüş təyin etməsi həyəcan təbili çalması kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB