Peskov: “Türkiyənin Krımla bağlı mövqeyini qəbul etmirik” Fikir ayrılığı

Peskov: “Türkiyənin Krımla bağlı mövqeyini qəbul etmirik” Fikir ayrılığı

Türkiyənin Krımla bağlı mövqeyi Moskva ilə Ankaranın münasibətlərinə təsir etmir, baxmayaraq ki, Rusiya Federasiyası belə mövqeni qəbul etmir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

“Burada yəqin ki, fikir ayrılığı kateqoriyasına aid olan mövzudan danışmaq olar. Biz Türkiyənin Krımla bağlı mövqeyini qəbul etmirik. Bununla yanaşı, səbrlə öz mövqeyimizə aydınlıq gətirməyə davam edirik və inanırıq ki, gec, ya da tez türkiyəli həmkarlarımız və partnyorlarımız Rusiya Federasiyasının doğruluğunu və əsaslı qiymətləndirilməsini anlayacaqlar”, deyə Peskov bildirib.

Krım məsələsinin iki müttəfiq ölkənin münasibətlərinə təsir göstərməsi mümkünlüyü ilə bağlı sualı da cavablandıran Peskov bildirib ki, bu, mümkündür. “Əsasən bizim üçün Krım məsələsi yoxdur, mövcud deyil”, Rusiya prezidentinin mətbuat katibi qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə