Məşhur Məmmədov: “YAP Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb”

Məşhur Məmmədov: “YAP Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb”

“Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayı zamanı Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirdi. Bu, əslində, ölkə başçısının bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətin yarandığı mesajı idi. Yeniliklərə uyğunlaşmaq üçün isə dəyişiklik mütləq şərtdir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.

M.Məmmədov Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayıldığını söyləyib: «Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı zamanı səsləndirdiyi fikirlərdən bəlkə də ən diqqət çəkəni Azərbaycanın İkinci Qarabağ müharibəsinin təcrübələrindən istifadə edərək zəif yerləri aradan qaldırıb daha modern, daha üstün ordu qurmalı olduğunu deməsi idi. Bu, əslində həm daxili auditoriyaya, həm də xarici düşmənlərə verilən açıq bir mesaj idi. Yəni heç kəs Azərbaycanın qalib ədası ilə arxayınlaşacağını, 20-30 il sonra bu arxayınçılıqla yenidən torpaqlarının işğal edilməsinə şərait yaradacağını düşünməsin. Ölkəmiz 44 günlük müharibədə tarixi bir qələbə qazandı. 28 il sonra torpaqlarımız düşmən işğalından azad edildi. Lakin nə əldə edilən qələbə bizi arxayınlaşdırmalı, nə də 28 illik işğal tarixi yaddaşımızdan silinməlidir. Ölkə başçısının mesajı ilə bir daha bildirir ki, qalib ölkə olaraq daha da güclənəcək, gələcək nəsillərə, Azərbaycana daha güclü ordu miras qoyacaq, gələcək nəsillər torpaqlarımızın işğal edilməsi təhlükəsi ilə üzləşməyəcək».

Millət vəkili YAP-nın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldığını vurğulayıb: “Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyətinin seçilməsi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərarın qəbul edilməsi ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsasının qoyulmasıdır. Bir sözlə, 6 siyasi partiyaların YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilməklə yanaşı, həm də bu, siyasi həmrəyliyin, milli birliyin əyani təzahürü oldu. Sözsüz ki, bu da ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Dövlət başçısı bunu çox önəmli, əlamətdar hadisə adlandıraraq ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirdi. Bu, eyni zamanda göstərir ki, partiyanın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir”.

Məşhur Məmmədov onu da qeyd edərək bildirdi ki, müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik və son illərin təcrübəsi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi: “Azərbaycan Prezidenti çıxışı zamanı onu da vurğuladı ki, bütün cəhdlər puç olub və bundan sonra da istənilən təxribata layiqli cavab veriləcək: «Biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır». Bir sözlə, Azərbaycan Prezidenti, Yeni azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının dediyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə