Təxminən 10-dan çox millət vəkili Ermənistan parlamentinin binasından çıxa bilmir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hazırda Ermənistan parlamentində 10-dan çox deputat var və onlar binanı tərk edə bilmirlər.
Məlumatda qeyd olunur ki, etirazçılar bütün giriş və çıxışları bağladıqları üçün millət vəkillərinin binanı tərk etməsi mümkünsüzdür.
Həmçinin bildirilir ki, millət vəkillərindən başqa parlamentdə deputat köməkçiləri və parlament aparatının işçiləri də var və onlar da parlament binasını tərk edə bilmirlər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB