“Ermənistanın prezidenti yoxdur, Armen zəngin bir turistdir” Vazgen Manukyan

“Ermənistanın prezidenti yoxdur, Armen zəngin bir turistdir” Vazgen Manukyan

Müxalifətin “Vətənin Qurtuluşu Hərəkatı”ndan baş nazirliyə namizədi olan Vazgen Manukyan, Baş Qərargah rəisi Onik Qasparyan məsələsində Ermənistan prezidenti Armen Sarkisyanı sərt tənqid edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Vazgen Manukyan mitinq iştirakçıları qarşısında deyib və Ermənistanın prezidenti olmadığını, Sarkisyanın zəngin bir turis olduğunu dilə gətirib.

“Prezidentimiz yoxdur. Bu, beş ulduzlu bir sarayda yaşayan varlı bir turistdir. Büdcəmiz hesabına, yəni bizim hesabımıza ona təxminən 170 nəfər xidmət göstərir. Bütün dünyanı gəzir və heç bir fayda vermir", deyə Manukyan bildirib.
Müxalifətçi əlavə edib ki, son nəticədən asılı olmayaraq, prezidentlə bağlı dediyi sözlərini geri götürmək niyyətində deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə