YAP Ucar rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər
Yeni Azərbaycan Partiyasının təəşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Ucar rayon təşkilatının üzvləri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhid və qazi ailələri ilə görüşlərini davam etdirir. YAP Ucar rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin, rayon gənclər evinin kollektivi İkinci Qarabağ müharibəsi zamanı rayonun Qarabörk kənd qəbiristanlığında şəhid olmuş Coşqun Elnur oğlu Məmmədovun məzarını ziyarət ediblər, ruhuna dualar oxunub.
Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhid valdeynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışaraq övladlarının Şəhidlik zirvəsinə ucalması ilə qürur duyduqlarını, «Vətən sağ olsun»,-deyə şərəf duyduqlarını, şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına öz təşəkkürlərini bildiriblər.
Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.
Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!
R.HÜSENOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB