“9 mart Paşinyan üçün son tarixdir, istefa vercəyinə söz verib” Nikol kimi və necə aldatmağa çalışacaq?
9 mart tarixi Onik Qasparyan üçün deyil, Nikol Paşinyan üçün son tarixdir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Politoloq, Voskanapat analitik mərkəzinin rəhbəri Hrant Melik-Şahnazaryan yazır.
“Nikol Paşinyan bir saman çöpündən yapışır. Silahlı Qüvvələrin komandanlığının tanınmış açıqlamasından sonra, praktik olaraq manevr etmə qabiliyyətini itirib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərar qəbul etdikdən sonra Nikolun mövqeyi daha da pisləşib.
Nikol tərəfindən edilən bu cür tələsik addım, əslində Onik Qasparyan üçün deyil, Nikolun özü üçün təzyiqi vəziyyət yaradıb. Baş nazir postunu ələ keçirən şəxs çox yaxşı bilir ki, Qasparyan sabah və ondan sonra da qoşunların komandiri olmağa davam edəcəkdir. Ancaq bu gün onun vaxtı tükənir və ona istefa, ya da başqa bir konstitusiya və dövlət əleyhinə addım atmaq kimi bir qərar vermək lazımdır.
Əldə etdiyim məlumata görə, Nikol istefa verəcəyinə və prezident Armen Sarkisyan da daxil olmaqla, Ermənistan Respublikasının bəzi yüksək vəzifəli məmurlarına erkən parlament seçkiləri təyin edəcəyinə söz verib. Təbii olaraq, heç kim onun sözlərinə inanmır. Daha inandırıcı olması üçün məhz vəziyyətini Edmond Marukyanın dilindən səsləndirib.
Bu səsləndirmə isə belədir: Əllərimi Onik Qasparyandan və Ordudan götürürəm və siz mənim istefamdan sonra başqa bir baş nazir namizədi irəli sürməyəcəyinizə və parlamentin qanunla ləğvinə icazə verəcəyinizə söz verirsiniz. Ancaq bu, Nikolun növbəti siyasi səhvidir ki, bu şəkildə xalqa öz fraksiyasına güvənmədiyini göstərdi, parlament müxalifətindən zəmanət vermələrini - başqa bir baş nazir seçməmələrini istədi. Başqa sözlə, Nikol siyasi arenada tərk edilmiş vəziyyətdə qaldı.
Bu vəziyyətdə Nikol üçün nə qalır? Bəlkə də cavabı aydındır ki, o yenidən aldatmağa çalışacaq. Bəs kimi? Ən əsası isə, necə? Onun ümidi bəlkə də MTX və Polisdir. Ancaq sizi inandırıram ki, bu resurs da tezliklə tükənəcəkdir. Zaman keçir, dayanmır, hər saniyə xain hökumətin siyasi həyatının son saatlarını sayır", deyə Hrant Melik-Şahnazaryan yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB