An-2-lər ermənilərə belə qan uddurub FOTO

Sonuncu Qarabağ müharibəsində Azərbaycan tərəfi Rusiya istehsalı olan S-300 havadan müdafiə sistemlərinin aşkarlanaraq məhv edilməsi üçün sovet vaxtlarının birmotorlu An-2 təyyarələrindən istifadə edib. SİA xəbər verir ki, bu barədə Middle East Eye nəşri yazır. Nəşrin yazdığına görə, azərbaycanlı mühəndislər An-2 təyyarələrinə distansion idarəetmə quraşdıraraq onların uçuşlarını İsrail pilotsuz uçan aparatları ilə kombinə ediblər.

“An-2 təyyarələri radarlara hərbi məqsədli PUA-lar qismində düşür və S-300 sistemlərini aktivləşdirirdi”, deyə azərbaycanlı yüksək rütbəli məmur məlumat verib”, deyə xəbərdə qeyd edilir və bildirilir ki, məhz bundan sonra “kamikadze dronları” adını almış İsrailin HAROP kəşfiyyat-zərbə PUA-ları Rusiya istehsallı sistemləri məhv edirdi.

“Azərbaycanlı hərbçilər təsdiq edirlər ki, müharibə zamanı 6 ədəd S-300 sistemi məhv edilib”, adıçəkilən nəşr yazır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə