Sarkisyan və Qasparyan nədən danışıblar? “Hraparak” qəzeti

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan 2020-ci ilin dekabrında ölkənin üçüncü prezidenti Serj Sarkisyanla söhbət zamanı baş nazir Nikol Paşinyan əleyhinə danışıb və onun tərəfdarı olmadığını bildirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Hraparak" qəzeti mövzunu inkişaf etdirərək bu barədə yazır.
“Dünən Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan məlumat verib ki, “bir neçə ay əvvəl Milli Təhlükəsizlik Xidməti Onik Qasparyanı dinləyib və Baş Qərargah rəisi ilə Serj Sarkisyan arasında telefon danışığını yazıb və bu səs yazısı tezliklə yayımlanacaq”, deyə qəzetin yazısında qeyd olunur.
Məlum olub ki, bu söhbət dekabrda Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik bölgəsinə gedişi zamanı baş verib. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana isə Onik Qasparyanın Paşinyan bölgəyə getməzdən əvvəl, 19 dekabrda Sünikdə olduğu və beləliklə, baş nazirin 21 dekabr tarixindəki səfərinə heç bir şeyin mane olmaması barədə məlumat verilib.
Bir gün əvvəldən bölgə sakinlərinin Paşinyanı Sünikə buraxmayacaqları artıq məlum idi və bu səbəbdən məsələni yalnız təhlükəsizlik qüvvələri həll edə bilərdi. Baş Qərargah rəhbərinin bu qədər aşağı missiyanı öz üzərinə götürməsi xəbəri Serj Sarkisyanı təəccübləndirmişdi. Serj Sarkisyanın təəccübü barədə danışanda Qasparyan o qədər hiddətlənmişdi ki, o birbaşa əlaqə vasitəsi ilə Serj Sarkisyana zəng vurub və hirslə, "səfərlə əlaqəm yoxdur, bununla necə məşğul ola bilərəm?" demişdi.
Qasparyan o qədər qəzəblənmişdi ki, hətta Paşinyanı əleyhinə də danışmışdı və onun qulluqçusu olmadığını demişdi. Əlbəttə, bu söhbət Milli Təhlükəsizlik Xidməti tərəfindən də qeydə alınıb”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə