Hərbi baza raket atəşinə tutulub Bazaya 10 raket düşüb

İraqın, ölkənin qərbindəki “Eyn-əl-Əsəd” hərbi bazasına on raket atılıb. SİA xəbər verir ki, bu barədə INA xəbər agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
"On raket Ənbar vilayətindəki “Eyn-əl-Əsəd” bazasının ərazisinə düşüb", deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, bir qədər əvvəl agentlik ölkənin təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən bazaya beş raket atıldığını və atəş nəticəsində itki olmadığını bildirmişdi.
Onu da diqqətə çatdıraq ki, “Eyn-əl-Əsəd” bazası Bağdaddan 160 kilometr şimalda yerləşir. Keçən ilin iyun ayında İraq Silahlı Qüvvələri baş komandanının rəsmi nümayəndəsi Yəhya Rəsul, bunun ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası ordusunun ölkədəki yeganə baza olduğunu söyləyib. 5 yanvar 2000-ci ildə İraq parlamenti səs çoxluğu ilə xarici birliklərin ölkədən çıxarılmasına səs verib və ayrıca ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası ilə əməkdaşlıq formatının yenidən nəzərdən keçirilməsinin lehinə danışıb. Bu tədbirlər, ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisindəki əməliyyatına bir cavab idi ki, nəticədə həmin il yanvarın 3-nə keçən gecə İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri İran generalı, Qassem Soleymani və İraq Şiə milis başçısının köməkçisi Əbu Mehdi əl Muhəndis öldürülüb.
Bu hadisələrdən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya, bir çox hava bazası və koalisiyanın hərbi müşavirlərinin qərargahı da daxil olmaqla, ABŞ hərbçilərinin əvvəllər yerləşdirildiyi bir sıra obyektlər İraq ordusuna təhvil verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə