Paşinyan hakimiyyətinin uzunluğu atacağı addımlardan asılıdır - ŞƏRH ÖZƏL

“Ermənistandakı siyasi prosesləri analiz edərkən görürük ki, Paşinyan hələ ki, ölkəni idarə edə bilir. Düzdür son zamanlar müxalifət aktivləşib və bir çoxları hesab edirdi ki, artıq birləşmiş 17 müxalifət partiyası ilə hərbçilər Paşinyanı devirə biləcək, lakin Paşinyan tərəfdarlarının mitinqi onu göstərdi ki, bu elə də asan məsələ deyil. Çünki onu dəstəkləyən insanlar da az deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Ekspertin sözlərinə görə, sağlam düşüncəli insanlar başa düşür ki, Azərbaycanla müharibə etmək mənasızdır: “Revanş nə deməkdir? Onlar yenidən Şuşanı, Ağdamı işğal etmək istəyirlər? Ermənilər artıq bunu dərk edir ki, belə bir şey mümkün deyil. Valideynlərin etirazlarını da gözdən qaçırmaq olmaz. Əsgər valideynləri də övladlarının özgə torpaqlarında ölməyini istəmirlər”.

F.Sadıxov vurğulayıb ki, cəmiyyət onu göstərir ki, Paşinyan hələ ölkəyə nəzarət edə bilir və onu dəstəkləyən də az deyil: “Amma bu heç də o demək deyil ki, hazırki vəziyyət uzun müddət davam edəcək. Paşiyanın atacağı növbəti addımlardan çox şey asılıdır. Çünki 10 noyabr bəyanatnın tələblərinin yerinə yetirilməsi məsələsi də gündəmdədir. Rusiya da görünür öz sözünü deyir və Moskva Ermənistana müəyyən təzyiqlər edir. Bu məsələlər hələki gözləmə mövqeyində qalacaq və ölkədə qarşıdurma hələ davam edəcək. İstisna deyil ki, gələcəkdə Paşinyan hakimiyyətdə qala bilməyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə