YAP Ucar rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Ucar rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qazilərimizi ziyarət ediblər. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Ucarda da şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

YAP Ucar rayon təşkilatı da Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edir, qayğı və ehtiyacları ilə maraqlanır, kömək və yardımlarını edirlər. Rayon təşkilatının sədri Şəhla Abdullayeva və aparat əməkdaşları görüşdə şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna nəzər saldılar, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısı mərkəzindədir.

YAP Ucar rayon təşkilatının üzvləri Vətən müharibəsi zamanı itkin düşmüş Mirzəli Mehdiyevin ailəsini ziyarət edib. Birinci Qarabağ müharibəsi zamanı, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüş Mirzəli Mehdiyev Yəhya oğlunun ailəsini ziyarət edib, ailəsinə maddi yardım göstərilib.

Qeyd edilib ki, Mirzəli Mehdiyev 22 may 1968-ci ildə Kəlbəcər rayonunun Barmaqbinə kəndində anadan olub.

Həmçinin, şəhid Ayaz Gülaliyevin Hökümalı oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxunub. Daha sonra şəhidin anası Gövhər Gülaliyevanı ziyarət edib, yardım göstəriblər.

Qeyd edilib ki, Ucar rayonun Bərgüşad kəndində anadan olmuş Gülaliyev Ayaz Hökümalı oğlu 26 yanvar 1993-cü ildə Ağdam rayonunun Fərrux dağı yüksəkliyində şəhid olub.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, bütün yerli strukturlara təşəkkürlərini bildiriblər.

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə