"Hərbçilər danışmağa başladılarsa, vəziyyət fəlakətlidir" Artak Davtyan

"Hərbçilər danışmağa başladılarsa, vəziyyət fəlakətlidir və bunun üçün başqa bir arxa plan axtarmağa ehtiyac yoxdur." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "İravunk"la söhbətində Baş Qərargahın məlum açıqlamasını şərh edərkən, Baş Qərargahın keçmiş rəisi general-leytenant Artak Davtyan deyib.

“Heç kimə sirr deyil ki, ölkəmizdə problem bir və ya iki deyil, onların sayı çoxdur və eyni zamanda bu problemlər müxtəlifdirlər. Onları bir gün daha tez həll etmək ehtiyacı taleyüklüdür. Bu problemlər dialoq yolu ilə aradan qaldırılmalıdır. Ölkəmiz onsuz da çətin vəziyyətdədir və hər hansı bir şok vəziyyət rəqiblərin növbəti qələbəsidir və buna görə də daha yaxşı düşünmək lazımdır.

Düşünürəm ki, hər hansı bir qurum açıqlama verə bilər və bunun üçün bu açıqlamada məsul bir lider var. Siyasətin bura qarışdırılması üçün heç bir səbəb görmürəm. Əksinə, Baş Qərargahın açıqlaması dövlətin pis işlədiyini göstərir. Bu, ümumi vəziyyətin o qədər də əlverişli olmadığını və bunun gözlənilməz nəticələrə səbəb ola biləcəyini göstərir", deyə A. Davtyan bildirib və bu barədə "İravunk qəzeti yazır.

Göründüyü kimi, Ermənistanda vəziyyət həqiqətən də kritikdir və bunun fəlakətli olduğu da artıq ermənilərin özləri tərəfindən etiraf olunur. İndi bu işğalçı ölkədə nələrin baş verəcəyi, necə baş verəcəyi, hansı fəlakətlər törədəcəyi an məsələsidir. Heç şübhəsiz ki, Baş Qərargahın açıqlaması dövlətin pis işlədiyini göstərir və bir çox məqamlardan xəbər verir. Əbəs yerə deyil ki, Baş Qərargahın keçmiş rəisi hərbçilərin danışacaqları anda məsələnin daha kritik, daha fəlakətli olacağını indidən xəbər verir. Qeyd edək ki, bu bir proqnoz deyil və xatırladaq ki, hazırki baş nazir Nikol Paşinyan da iki il yarım öncə mitinqlər təşkil etdiyi zaman hərbçilər işə qarışdığı zaman hər şey onun xeyrinə bir anda həll olundu və bu ölkədə çevriliş bir anda baş verdi. Bu baxımdan həqiqətən də Ermənistanda vəziyyət fəlakətlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə