Anar Kərimov Fəxrəddin Altunla görüşüb - FOTOLAR

Türkiyədə rəsmi səfərdə olan mədəniyyət naziri Anar Kərimov Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb. SİA xəbər verir ki, bu barədə Fəxrəddin Altun özünün sosial medi hesabından yazıb.

“Bu gün Azərbaycanın Mədəniyyət naziri hörmətli Anar Kərimov ilə görüşərək Türkiyə-Azərbaycan arasında media, kommunikasiya və ictimai diplomatiya sahələrində həyata keçirəcəyimiz əməkdaşlıqlar haqqında məhsuldar müzakirə aparmaq imkanımız oldu. Cənab Anar Kərimova ziyarəti üçün təşəkkür edirəm”, – deyə Altun qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə