Paşinyan prezident postunu tutmaqla ölkədə stabilliyi təmin edə bilər? - ŞƏRH ÖZƏL

"Ermənistan Cənubi Qafqaz regionunda ABŞ və Rusiya arasında maraqlarının toqquşduğu bir pladsarm rolundadı. Qərbi təmsil edən N.Pasinyanla Rusiyanı təmsil edən müxalifət və Baş Qərargah arasında davam edən siyasi qarşıdurmanın həlledici məqamı dünən başa çatdı. Məhz Baş nazir Nikol Paşinyan Yerevanda çoxminli mitinq keçirməklə revanşist müxalifəti fiaskoya uğratdı. Böyük mitinqlə xalq ölkədə Koçaryan-Sarksiyan tandeminin bir daha hakimiyyətə gəlməsinin qarşısını aldı. Həmçinin bu mitinq ölkədə hərbi çevrilişin qarşını almaqla yanaşı, bundan sonrakı prosesdə Rusiyanın dəstəklədiyi Baş Qərargah rəisi və Koçaryan-Sarkisyan tandemininin geri çəkilməsinə gətirib çıxara bilər. Çünki mövcud vəziyyət Pasinyanin leyhinədir. Xalq onun hakimiyyətdə qalmasında maraqlıdır. Əgər, hərbi çevrilişə növbəti dəfə cəhd olunsa, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq. Buna baxmayaraq Paşinyan hakimiyyəti əldən verməyəcək". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, hazırda Paşinyanın Ermənistanda alternativi yoxdur və Kreml bir neçə gündən sonra geri addım atması mümkündür: "Bununla da Baş Qərargah rəisi vəzifəsindən çıxarılması reallaşacaq. Onun hökuməti dəyişmək şansları sıfırdır. Paşinyan müxalifəti tam etdikdən sonra Koçaryan, Sarkisyanı həbsə göndərəcək. Baş Qərargah rəisinin həbsi də mümkündür. Payızda ölkə referenduma getməklə prezident üsul idarəsinə qayıtmasi ilə Paşinyan prezident postunu tutmaqla ölkədə stabilliyi təmin edə biləcək. Bu, Ermənistanda üçüncü Respublikanın qurulmasi olacaq. İndiki şərtlərlə Ermənistanla siyasi-iqtisadi əlaqələr və sülh müqaviləsi mümkün deyil".

M.Əsədullazadə vurğulayıb ki, yalnız Paşinyan üçüncü Respublikanı qurduqdan sonra ölkədə revanşizm məhv edildikdən sonra, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa gedilməsi mümkündür: "Rusiyanın gələn ildən bu ölkədə mövqeləri zəiflədəcək. Hətta Rusiya hərbi bazasının da çıxarılmasına çalışacaq. Paşinyanın əsas planı üçüncü Respublikanı qurmaqdır və burada Rusiya olmayacaq. Hazırda Ermənistanda yaşananlar Paşinyan üçün Rusiyaya qarşı gələn ildən hərəkətə keçmək üçün fürsət verib. Bundan sonra Baş nazir Paşinyan Qarabağla bağlı Azərbaycanla konfontrasiyaya getməyəcək. Qeyd edim ki, Ermənistanda Paşinyanı ciddi şəkildə müdafiə və mühafizə edən ABŞ səfirliyidir və proseslər oradan idarə edilir. Ermənistan Baş Qərargahı isə Rusiyanın "102-ci hərbi" bazasından təlimatlar alır. Azərbaycan Baş naziri Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Hətta, Türkiyədə Ermənistanla sərhədləri açdıqdan sonra, bu ölkədə Türkiyənin siyasi-iqtisadi üstünlüyü baş tutacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...