Fransanın keçmiş prezident son 10 ildə artıq ikinci dəfədir ki, həbs cəzasına məhkum edilib. SİA xəbər verir ki, Fransa mətbuatının yazdığına görə, birinci instansiya məhkəməsi keçmiş dövlət başçısı Nikola Sarkozini korrupsiyada günahkar hesab edib və o üç il həbs cəzasına məhkum edilib ki, bunun da iki ili şərtidir.
İstintaqa görə, Sarkozi, 2014-cü ildə Kassasiya Məhkəməsinin hakimi Gilbert Azibertə vəkili vasitəsi ilə Monakoda prestijli bir vəzifə təyin etməsini təklif edərək rüşvət verməyə çalışıb.
Bunun əvəzində keçmiş dövlət başçısı 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaq barədə məlumat istəyib.
Fransa mətbuatının yazdığına görə, Sarkozi təyin olunan bütün müddəti evdə polis nəzarəti altında keçirəcək və hökmdən apellyasiya şikayəti vermək üçün onun 10 gün vaxtı var.
Bir qədər əvvəl xəbər verildiyi kimi, Sarkozi bu hökmə etiraz etmək niyyətindədir.
Xatırladaq ki, 2011-ci ildə Sarkozinin prezident və partiyadakı sələfi olan Jak Şirak iki illik şərti cəza almışdı. O, Paris meri olduğu müddətdə bələdiyyə binasında uydurma iş yerləri yaratmaqda günahlandırılmışdı. Şirak səhhəti ilə əlaqədar məhkəmə iclaslarına qatılmamışdı.
Göründüyü kimi, Avropa ölkəsi olan Fransa bütün dünyaya özünü demokratik, sivil dövlət kimi təqdim etdiyi halda, bu ölkənin özündə ən yüksək elitada, birbaşa dövlət başçısı səviyyəsində qanun pozuntusu halları, məhz ali dəyərlərin, ədalət prinsplərinin rüşvət yolu ilə pozulması hallarına rast gəlinir və bu artıq ikinci dəfədirsə, deməli, tendensiya halını alıb. Xatırladaq ki, bu Avropa ölkəsi liderləri başqa ölkələrin dövlət başçılarında hansısa səhvlər, xətalar axtardıqları halda, özləri rüşvət təklif etməklə, müxtəlif qeyri-etik yollarla ədalətsizliyə, qanunsuzluğa rəvac verib. Qoca Qitədə yerləşən Fransa kimi bir ölkənin eks prezidentlərindən artıq ikincisinin qanunsuz hərəkətlərə görə ittiham və mühakimə olunması heç də təsadüfi hesab oluna bilməz və bu, qeyd olunanları, sadalanan məqamları isbatlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB