YAP Laçın rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

YAP Laçın rayon təşkilatnın İdarə Heyətinin videoformatda iclası keçirilib. İclasda YAP Laçın rayon təşkilatının İdarə Heyətinin üzvləri ilk növbədə Xocalı soyqırımının qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov iclası açaraq gündəlikdə duran məsələlərin müzakirəsini təklif etdib. İclasın gündəliyi qəbul edildikdən sonra İlqar İlyasov ölkədəki ictimai-siyasi durum haqqında ətraflı çıxış edib.

Daha sonra YAP Laçın rayon əşkilatının sədr müavini, Aparat rəhbəri Xaliq Musayev 2021–ci ilin fevral ayında YAP Laçın rayon təşkilatının gördüyü işlər barədə ətraflı məlumat verib.

Sonra İdarə Heyyəti üzvülərinin çıxışları dinlənilib, təkliflər müzakirə edilib. Görülən işlər rayon təşkilatı İdarə Heyəti tərəfindən məqbul qiymətləndirilərək, qarşıda duran məsələlər müzakirə edilib. Partiyanın rayon təşkilatının iş planına uyğun olaraq cari məsələlərin vaxtında və dəqiq icraatı ilə bağlı aidiyyatı üzrə tövsiyə və tapşırıqlar verildi.

Sonda YAP Laçın rayon təşkilatının İdarə Heyətinin iclası ilə bağlı qərar layihəsi dinlənildi və İdarə Heyəti üzvüləri tərəfindən yekdilliklə qəbul edildi.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...