ABŞ Rusiyaya qarşı NATO çətiri altında da təzyiqlər edəcək - ŞƏRH ÖZƏL

"ABŞ Rusiyaya qarşı yeni təzyiq mərhələsinə başlayıb. Bu, beynəlxalq münasibətlər sistemində, həmçinin Qafqaz və Qara dəniz regionunda daha da qabarıq şəkildə özünü göstərəcək. Gürcüstanda və Ermənistanda yaşanan siyasi böhran məhz ABŞ- Rusiya kimi qarşıdurması kimi xarakerizə etmək olar. Çünki iki ölkədə baş verənlər siyasi müstəvidə davam edir. Porsesin ən böhranlı vəziyyəti əsasən, Ukrayna və Qara dənizdə baş verənlərdir.Bu periferiyada birbaşa maraq toqquşması hərbi müstəvidə həyata keçirilir. Krımla bağlı Ağ Ev rəhbəri Bayden ciddi addımlar atacağını elan edib". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Qara dənizdə altında Rusiyanın sərhəddində NATO-nun “Poseidon 21″ hərbi təlimlərinə start verilib: "Bu hərbi təlimlərdə Rusiya ilə isti münasibətlərə malik olan Fransa, Yunanıstan və Türkiyə də fəal iştirak edir. Qara dənizdə keçirilən bu təlimlər birbaşa ABŞ-NATO əlaqələrinin bərpası və Rusiyaya qarşı müttəfiqlərin bir araya gəlməsinin göstəricisidir. Artıq bundan sonra ABŞ Rusiyaya qarşı təkcə deyil, NATO çətiri altında hərbi müstəvidə təzyiqlər edəcək".

M.Əsədullazadə vurğulayıb ki, Qara dənizdə keçirilən hərbi təlimlər Moskva üçün soyuq duş effekti yaratmaqla yanaşı, NATO-Rusiya qarşıdurmasının başlanğıcıdır: "Qeyd edm ki, NATO Baş katibi Y. Stoltenberq Rusiya ilə qarşıdurmaya hazır olduqlarını qeyd etmişdi. Məhz keçirilən bu hərbi təlimlər regionda gərginliyi artırmaqla yanaşı yeni lokal münaqişələrə yol aça bilər. Həmçinin Ukraynanın Donbasda hərbi əməliyyatlara başlanmasına gətirib çıxara bilər. ABŞ-ın siyasi planı Donbasda müharibənin başlanmasına rəvac vermək və bunun müqabilində öz hərbi iştirakını Qara dəniz və Ukraynada genişləndirməkdir. Cənubi Qafqaz və burada Azərbaycana təsirlərinə gəldikdə isə baş verənlər ölkəmizin regional maraqlarına cavab verir. Bu təlimlər və təzyiqlər Qafqazda Rusiyanın aqressiv siyasətinin cilovlanmasına hesablanır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə