İran səfiri Türkiyə XİN-ə çağırıldı

İranın Ankaradakı səfiri Məhəmməd Fərazmənd Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb İranın Bağdaddakı səfiri İrec Məscedinin Türkiyəni İraqın suverenliyini pozmaqda ittiham etməsi olub. Səfir Məhəmməd Fərazməndin diqqətinə çatdırlıb ki, rəsmi Ankara terrorla mübarizədə İrandan müqavimət deyil, dəstək gözləyir. Diplomata Türkiyənin irəli sürülən bütün ittihamları rədd etdiyi, bölgədəki əməliyyatların yalnız təhlükəsizlik və suverenliyə təhlükə yaradan PKK terrorçularına qarşı yönəldildiyi bildirilib. Türkiyənin fəaliyyəti barədə İraq səlahiyyətlilərinə də məlumat verildiyi diqqətə çatdırılıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə