Prezident: "Əsas məqsədimiz odur ki, bu qanlı cinayət heç vaxt unudulmasın" VİDEO

“Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə bu qanlı hadisəyə öz münasibətini bildirib və bu istiqamətdə işlər davam etdiriləcək”.

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var: "Bizim əsas məqsədimiz ondan ibarədir ki, bu qanlı cinayət heç vaxt unudulmasın. Nə Azərbaycanda, nə də dünyada bu, heç vaxt təkrarlanmasın. Heç vaxt Azərbaycan 90-cı illərin əvvəlində olan o aciz duruma düşməsin. Hər zaman Azərbaycan özünü, öz vətəndaşlarını qoruya bilsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə