Prezident haqlı olaraq bu sualı verir... - ŞƏRH ÖZƏL

"Prezident İlham Əliyevin Ermənistanı onun müttəfiqləri yenidən silahlandırılmasını qeyd etməsi və sərt şəkildə tənqid etməsi regionda məhz sülhə təhlükəsizliyə təhdid olan Rusuyanı nəzərdə tutur. Çünki, Rusiya Ermənistanın müttəfiqi və bu işğalçı ölkəni silahlandıran dövlətdir. Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ona görə də prezident haqlı olaraq sual verir. Ermenistanı kimə və nəyə görə silahlandırırsız?! Belə bir ölkənin ordusu olmamalıdır tezisini irəli sürməklə, konkret olaraq Moskvanı bu siyasətdən əl çəkməyə çağırır. Təbii ki, Moskva Ermənistani silahlandırmaqla regionda növbəti illərdə gərginlik yaratmağa çalışır". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya Azərbaycana öz geosiyasi layihələrinə üzv olmaq üçün müəyyən təzyiqlər edir: "Rəsmi Bakı Rusiyanın bu təkliflərində maraqlı deyil. Prezidentin məhz bu açıqlaması Moskvaya sizin layihələrimiz də yer almayacağıq mesajıdır. Azərbaycan Türkiyə-Böyük Britaniya ilə birgə yeni bir siyasi-iqtisadi və hərbi mərhələyə qədəm qoyub. Bu, Azərbaycanın təhlükəsizliyini gücləndirir. Ona görə də prezidentin ötən günki mövqeyi birbaşa hansı xəttə üstünlük verdiyini göstərir".

M.Əsədullazadə vurğulayıb ki, regionda yeni bir siyasi mərhələ başlayıb: "Qarabağ müharibəsindən sonra Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirir. Müstəqil şəkildə Türkiyə ilə birgə kordinasiyalı bir sistem qurur. Türkiyənin də hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiyada öz siyasi-iqtisadi mövqelərini möhkəmləndirməkdi. Bu istiqamətdə fəaliyyəti Azərbaycanla həyata keçirir. Qeyd edim ki, Ermənistanda hərbi çevrilişə cəhd məhz Türkiyənin regionda aktiv siyasətinin qarşısınin alınmasına yönəlib. Çünki "Qarabağ klanı" hakimiyyətə gələrsə, "Mehri dəhlizi" açılmaya bilər. Ona görə də Rusiya rəhbərliyi regionda konkret olaraq öz mövqeyini qorumaqla şərtlərini diktə etməyə çalışır. Türkiyədə bununla razı deyil. Hazırda situasiya gərgindir. Moskva vəziyyəti gərginləşdirməyə çalışır. Amma, buna nail olmayacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...