Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır

Fransa Milli Assambleyasında Qarabağ haqqında həqiqətləri əks etdirən qətnamələrin qəbul olunması üzrə təklif hazırlanır.

SİA-nın məlumatına görə, bunu Fransa Milli Assambleyasının deputatı Kerol Büro-Bonard "Lagazetteaz.fr" onlayn qəzetinə müsahibəsindədeyib.

İkinci Qarabağ müharibəsi dövründə Fransa Milli Assambleyasında qəbul olunmuş "Dağlıq Qarabağ Respublikasının tanınmasının zərurəti" haqqında qətnamədən danışan deputat bildirib ki, həmin qətnamə bütün deputatların mövqeyini əks etdirmir və məlum olduğu kimi, bununla əlaqədar Fransa öz rəsmi mövqeyini bildirib.

Onun sözlərinə görə, Fransada qanunverici və icra hakimiyyəti bir-birindən ayrıdır: "Bəziləri, əks fikirlər bildirməklə, qətnamənin səsə qoyulmasına nail ola bildi. Şəxsən mən hesab edirəm ki, bu cür mövqe tutmaq üçün kifayət qədər əsas yox idi, ona görə də Fransa hökumətinin sərgilədiyi neytral mövqe tutmağa üstünlük verdim".

Deputatın fikrincə, parlament üzvləri fikir bildirmək hüququna malikdir, amma həmin dövrdə münaqişə dövrünü nəzərə alsaq, bu addım yersiz idi.

K.Büro-Bonard qeyd edib ki, hazırda münaqişənin tənzilənməsi üçün bir sıra tədbirlər görülür, gündəlikdə reallaşdırılmalı olan digər məsələlər də dayanır:

"Hesab edirəm ki, bizim daha bir rolumuz var. Bu, həm sözdə, həm də əməldə bir olmaq və balans üçün hər iki ölkənin səsinin eşidməsini təmin etməkdir. Azərbaycana gəlməyimizin əsas məqsədi bu ölkə və onun tarixi haqqında daha çox öyrənmək, Ermənistan-Azərbaycan münaqişəsi və dayanıqlı sülhün təmin olunması üçün əldə olunmuş atəşkəs barədə daha çox məlumat toplamaq və bundan sonra ədalətli rəy vermək və bunu həmkarlarımıza çatdırmaqdır. Çünki, fikrimcə, reallığı əks etdirən mövqe çox böyük əhəmiyyət daşıyır".

Daha sonra Azərbaycanda multikulturalizm ənənələrindən danışan fransalı deputat vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri dinc şəkildə yaşayır:

"Azərbaycan təkcə öz tolerantlığı ilə tanınmır, həm də xaricdə xristian irsinin restavrasiyasını maliyyələşdirərək konfessiyalara kömək edir. Biz Bakıda iki sinaqoqda və bir kilsədə olduq. Bu ölkədə dinlərin, islam və xristianlıq kimi inancların böyük tarixi var".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...